Ana Sayfa > Media > Azərbaycan sosial-iqtisadi inkişaf baxımından Cənubi Qafqazın Lider dövlətidir
Azərbaycan sosial-iqtisadi inkişaf baxımından Cənubi Qafqazın Lider dövlətidir4-05-2022, 11:25. Yazar: sevinc1 |
Ölkə Prezidentinin qlobal formada həyata keçirdiyi siyasət Azərbaycanın sosial-iqtisadi inkişafına, ümumiyyətlə Azərbaycanın tərəqqisinə çox mühüm töhfələr verməkdədir. Azərbaycan Respublikasında həyata keçirilən sosial siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ötən dövr ərzində əhalinin sosial rifahının yüksəldilməsi və sosial infrastrukturun ən müasir standartlara uyğun yenidən qurulması istiqamətində məqsədyönlü siyasət həyata keçirilmiş və mühüm uğurlar əldə olunmuşdur. Azərbaycan dinamik inkişaf yolundadır, bu tendensiya davam edir. Azərbaycan sosial-iqtisadi inkişaf baxımından Cənubi Qafqazın lider dövləti olaraq qalır, dünyaya inteqrasiya olunur, ölkə daxili problemlər həll olunmaqla bərabər, həm də xüsusi olaraq regionların inkişafı bu gün daha çox diqqət cəlb etməkdədir. Addımların planlı, intensivləşməkdə olan mərhələlərlə həyata keçirilməsi həmin tezisi sübut edir. Həyata keçirilən siyasət, həmçinin dövlətin vətəndaşa, xüsusən də, vətən uğrunda həyatını, sağlamlığını əsirgəməyənlərə və onların ailələrinə reallıqlar fonunda mümkün olandan daha çox qayğısı deməkdir. Cənab Prezident bu məsələdə kifayət qədər qətiyyətlidir və müvafiq kateqoriyadan olan 10 mindən çox vətəndaşın dövlət tərəfindən mənzillərlə, fərdi evlərlə təmin edilməsi dövlət başçısının iradəsinin bariz ifadəsidir. Şəhid ailələri, müharibə əlillərinə belə həssas yanaşma dünya təcrübəsində fərqli mənzərədir və tam məsuliyyətlə demək olar ki, Azərbaycan müvafiq sosial siyasətlə özünəməxsus nümunə yaradıb. Həyata keçirilən siyasətin təməlində sosial təzyiq yox, dövlətin Konstitusiya ilə bəyan olunmuş ali niyyəti və dövlət başçısının şəxsi iradə və təşəbbüsü dayanır. Azərbaycan müvafiq sosial siyasətlə özünəməxsus nümunə yaradıb. Hər şeydən öncə nəzərə almalıyıq ki, Azərbaycan müharibədən qələbə ilə çıxmış dövlətdir. Müharibədə xərclənən hərbi arsenalı yalnız öz maddi imkanlarımız hesabına formalaşdırmışdır və Cənab Prezident İlham Əliyevin də dediyi kimi, bizə silahları heç kim hədiyyə etməmişdir. Hər bir azərbaycanlının yanında olan, onların problemləri ilə maraqlanan dövlətimizin başçısı şəhid ailələrinə, müharibə veteranlarına və əlillərinə daim xüsusi qayğı ilə yanaşıb. Dünyada özünü sosial dövlət kimi təsdiq edən Azərbaycanda atılan hər addım, imzalanan fərman və sərəncamlar bir daha göstərdi ki, ölkədə həyata keçirilən siyasətin təməlində vətəndaş amili dayanır və dövlət öz vətəndaşının yüksək rifahının təminatçısıdır. Cənab Prezident İlham Əliyev ictimaiyyət qarşısında etdiyi çıxışlarında, həmçinin dövlət rəsmilərinin iştirakı ilə keçirilən müşavirələrdə səsləndirdiyi “Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı, onun sosial-rifah halının daha da yaxşılaşdırılması dayanır”, – fikri real həyatda atılan addımlarla üst-üstə düşür. Bu gün Azərbaycan Prezident İlham Əliyevin ardıcıllıqla həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində güclü dayaqlara malik və milli maraqlarını qətiyyətlə qoruyan dövlətə çevrilib. Cənubi Qafqazın bütün parametrlər baxımından lider dövləti statusunu inamla daşıyan Azərbaycanın güclü potensialına əsaslanan və qlobal miqyasda meydana çıxan yeni çağırışlarla uzlaşan nümunəvi inkişaf modeli bütün dünyada yüksək qiymətləndirilir. Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu siyasi kursun cənab Prezident İlham Əliyev tərəfindən müasir dövrün çağırışlarına uyğun çox yüksək səviyyədə daha da inkişaf etdirilməsi nəticəsində istər daxili, istərsə də xarici arenada Azərbaycanın strateji uğurları durmadan artır. Aqşin Əliyev YAP Saatlı rayon təşkilatının məsul işçisi Geri dön |