Ana Sayfa > Karusel / Dünya > Ukrayna müharibəsi 2042-ci ilə kimi davam edə bilər
Ukrayna müharibəsi 2042-ci ilə kimi davam edə bilər3-05-2022, 11:09. Yazar: admen |
Ukrayna ilə Rusiya arasında müharibə yaxın iyirmi il ərzində davam edə bilər. AİA.Az Axar.az-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç deyib. Onun fikrincə, uzanan müharibənin özü indiki kimi olmayacaq, daha az hərbi əməliyyatlar olacaq: "Müharibə bu mənada sivilizasiyadır. Bu, mütləq hərbi toqquşmalar demək deyil. 2042-ci ilə qədər ola bilər, amma bunun necə olacağını anlamaq lazımdır. Ən əsası isə Ukrayna bununla mübarizə aparmaq üçün aktiv mexanizmlər təklif edir". Geri dön |