Ana Sayfa > Gündəm > Ordumuzun mövqeləri yenə atəşə tutuldu

Ordumuzun mövqeləri yenə atəşə tutuldu


3-05-2022, 10:44. Yazar: admen
Ordumuzun mövqeləri yenə atəşə tutuldu

Mayın 2-i axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan istifadə etməklə fasilələrlə atəşə tutub.

Bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.

Şəxsi heyət və texnikamızda itki yoxdur.

Hazırda qeyd olunan istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır.

AİA.Az
Geri dön