Ana Sayfa > Seçki 2024 > Cənubi Qafqazda sülh olacaqsa Azərbaycan daha da güclü olacaq

Cənubi Qafqazda sülh olacaqsa Azərbaycan daha da güclü olacaq


2-05-2022, 11:29. Yazar: admen
Cənubi Qafqazda  sülh olacaqsa Azərbaycan daha da güclü olacaq

“Cənubi Qafqaz: inkişaf və əməkdaşlıq” mövzusunda keçirilən beynəlxalq konfransda dünyanın beyin mərkəzlərinin nümayəndələri qarşısında çıxış edən Azərbaycan Prezidenti İlham Əliyevin dünya səviyyəli, nüfuzlu, dünyada gedən prosesləri dərindən bilən, yüksək intellekt və dərin analitik təfəkkürə malik siyasətçi olması, əsl liderə xas olan xüsusiyyətləri bir daha sübut olundu.Onun dünyada gedən proseslərə münasibəti, dərin təhlil və nalizə söykənən praqmatik siyasəti artıq dünya səviyyəsində qəbul olunmuşdur.

Dünyanın beyin mərkəzlərinin nümayəndələrinin toplaşdığı konfransda iştirakçılar Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin uğurları, liderliyi, ölkədə və dünyada gedən proseslərlə bağlı məlumatlılıq səviyyəsi, onları təhlil etmək bacarığı, verilən sualları sərrast cavablandırmaq bacarığı haqqında müsbət fikirlər söyləyərək onun regionda gedən proseslərin gündəliyini yazdığını bildirdilər.

Konfransda çıxış edən İlham Əliyev bildirdi ki, Azərbaycanın Qafqazda yeni eranı, sülh və əməkdaşlıq erasını fəal şəkildə təşviq edir, Ermənistanın Azərbaycanın təşəbbüslərini, o cümlədən ölkəmizin irəli sürdüyü 5 təməl prinsipi qəbul etməsi müsbət haldır və həmin prinsiplər Ermənistanla sülh müqaviləsinin əsasını təşkil edəcəkdir. Daimi sülhün bərqərar olması üçün ilk növbədə Ermənistanın işğal və onun legitimləşdirilməsi üzərində qurulmuş ideoloji təməllərinin sarsılması və hazırkı dövrün reallaıqlarını nəzərə alan yeni hədəf müəyyən etməsi vacib şərtlərdən biridir. Ermənistan bu bölgədə təcrid olunmuş ada kimi yaşamaqda davam edə bilməz, qonşularla münasibətləri normallaşdırmalı, Azərbaycana və Türkiyəyə ərazi iddialarına son qoymalı, Cənubi Qafqazda üçtərəfli səviyyədə qarşılıqlı təmasdan çəkinməməli, regional inkişafın bir hissəsi olmalı, regionun həyatına inteqrasiya etməsi üçün əməkdaşlığın, konstruktivliyin, yeni reallıqları nəzərə alan, revanşizmə yol verməyən siyasət yürütməlidir. Ermənistanın üçün yeganə müsbət çıxış yolu budur. Avropa İttifaqının Ermənistan və Azərbaycan üçün ayırdığıl maliyyə paketlərinin bir hissəsinin əlaqələrin qurulmasına və insanlar üçün daha yaxşı imkanların yaradılmasına sərf olunması daha yaxşıdır, nəinki milyardların silahlara xərclənməsi.
Konfrans zamanı Prezident İlham Əliyev Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiya prosesi zamanı istifadə oluna biləcək xəritələrdən də danışıb. O, tarixi və Cənubi Qafqazın sovetləşdirilməsindən sonrakı mümkün olan xəritələrin nəzərə alınacağını bildirib. “Biz diqqəti sadəcə bir xəritəyə yönəldə bilmərik. İrəvanın Azərbaycanın bir hissəsi olduğu 1918-ci ildən başlayaraq bir çox xəritələr olub. Eləcə də Zəngəzurun Azərbaycanın bir hissəsi olduğu 1920-ci ilin noyabrından əvvəl. Hazırkı İran-Ermənistan sərhədində azərbaycanlılar məskunlaşmışdılar və buranın erməni xalqı ilə heç bir əlaqəsi yox idi. Zəngəzurun Ermənistana verilməsi 1920-ci ilin noyabrında sovet hökumətinin qərarı idi. Amma Ermənistana verilərkən o, indiki kimi 42 kilometr deyildi, daha dar idi. Amma sonradan müxtəlif hiylələrlə ermənilər İranla yeganə sərhədləri olan bu ərazini genişləndirdilər. Ona görə də bizim mövqeyimiz budur ki, biz məsələn, 1918-ci ildən və ya daha əvvəldən başlayaraq 1991-ci ildə Sovet İttifaqı dağılanadək bütün xəritələri götürəcəyik. Amma, əlbəttə bu, bizim birgə İşçi qrupumuzun müzakirələrinin bir hissəsi olacaq”, - deyə dövlət başçısı vurğuladı.

Cənab Prezident Azərbaycan-Rusiya, Azərbaycan-Türkiyə əlaqələrinə dair sualları cavablandırarkən bildirdi ki, biz daim regionda sülhə dəstək verən, qarşılıqlı əməkdaşlığa əsaslanan əlaqələrə üstünlük verir, bərabərhüquqlu müqavilələrdə iştirakdan məmnunluq duyuruq.
“Şuşa Bəyannaməsi”ni imzalamaqla biz Türkiyə ilə həm sözdə, həm də əməldə bir olduğumuzu bütün dünyaya bəyan etdik. Bəyannamə əməkdaşlığın mahiyyətini rəsmiləşdirdi, çünki biz onsuz da istənilən şəkildə müttəfiq idik. Azərbaycan ilə Rusiya arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin imzalanması da bizim strateji maraqlarımıza əsaslanır, çünki Rusiya bizim qonşumuzdur. Bu ölkə İkinci Qarabağ müharibəsinin sona çatdırılmasında fəal iştirak edib və onların sülhməramlı qüvvələri müvəqqəti olaraq Azərbaycanda, Qarabağdadır. Rusiya ilə üzərində uzun illər ərzində çalışdığımız çoxsaylı məsələlər var – iqtisadiyyat, enerji, nəqliyyat, mədəniyyət və humanitar sahələrdə. Bu onu göstərir ki, bizə müharibə yox, sülh, quruculuq və inkişafa yönəlmiş fəaliyyət gərəkdir. Regionumuzda sülh və qarşılıqlı etimad olacaqsa inkişaf da olacaqdır. Bir sözlə, Azərbaycan Qafqazda sülh gündəliyini təbliğ edir. Azərbaycanın açıq bəyan edilmiş və beynəlxalq ictimaiyyət tərəfindən qəbul olunmuş sülh gündəliyi və təşəbbüsləri Cənubi Qafqazda regional inkişaf üçün yeni imkanların yaradılmasına yönəldilib. Bu, təkcə Azərbaycan və Ermənistan arasında deyil, ümumiyyətlə, Cənubi Qafqaza aid məsələdir.

Cənab Prezident qeyd etdi ki, beynəlxalq təşkilatların, mina problemi ilə məşğul olan beynəlxalq QHT-lərin Azərbaycanın işğaldan azad olunmuş ərazilərində mina probleminə laqeyd münasibəti heç də xoş qarşılanmır.Biz bunu ədalətsizlik və ikili standartlar olması ilə əlaəqləndirirk. Yaxşı olardı ki belə münasibətlərə son qoyulsun. Təbiidir ki, istər –istəməz belə münasibətlər beüynəlxalq qurumların fəaliyyətinə kölgə salır və onlara olan inamı sarsıdır. Erməni abidələrinin dərdini çəkən UNESKO   erməni əhalinin Kəlbəcərdən çıxarkən genişmiqyaslı talançılığa əl atmasını, evlərin dağıdılmasını, dini və mədəni abidələrə ziyan vurulmasını görməzdən gəlir və susur. Ən bədnam hadisə olan Xudavəng monastrından 800 illik tarixi olan dini freskaların sökülüb aparılmasına heç bir reaksiyanın verilməməsi olmuşdur.
Konfransda cənab Prezidentin qeyd etdiyi kimi Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdır, Azərbaycan dövlətinin onların bütün hüquqlarını və təhlükəsizliyini təmin etməyə hazırdır. Çünki Azərbaycanın multikultural dəyərləri və tolerantlıq nümunəsi olması hamıya məlumdur.
Cənab Prezident qeyd etdi ki, postmünaqişə dövründə Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesində Avropa İttifaqının rolu danılmazdır. Avropa İttifaqının ədalətli vasitəçi olması, ATƏT Minsk qrupunun həmsədrliyi disfunksional olduğu üçün Avropa İttifaqının normallaşma prosesində fəal rol oynaması bizi gələcəkdə daha möğhkəm əlaqələrin inkişafına inandırır.
Daha bir maraqlı məqam isə bu gün bəzi beynəlxalq təşkilatların sərgilədiyi mövqe ilə bağlıdır. Belə ki, Ermənistanın 30 illik işğalçılıq dövründə həmin ərazilərdə Azərbaycan xalqına məxsus mədəni irsin dağıdılması, dünyada mədəni irsin qorunub saxlanmasını öz fəaliyyətinin prioriteti elan etmiş YUNESCO-nun buna laqeyd mansibəti və “siyasi məsələlərlə məşul olmamaq” adı altında həmin ərazilərə missiya göndərməkdən imtina etməsi. Torpaqlar işğaldan azad edildikdən sonra bu təşkilatın fəallaşması və “erməni tarixi irsinin” müdafiəsinə qalxması ikili standartların davam etdiyini göstərir.

Bütün bunlara baxmayaraq Azərbaycan indi Qarabağda geniş bərpa-quruculuq işləri aparmaqla dünyaya göstərir ki torpağın əsil sahibi kimdir və biz dağıtmağa yox qurmağa qadir bir millətik. Artıq gələcək inkişadfın yol xəritəsi müəyyənləşdirilib və biz öz yolumuza davam edirik. əlbəttə ki regionda sülh və əməkdaşlıq olacaqsa bu inkişaf hamının- bizim və qonşularımızın xeyirinə olacaqdır.
Daxildə idarəetmənin daha da təkmilləşdirilməsi üçün islahatların anonsunu verən Prezident İlham əliyev xalqın dəstəyi ilə yaxın gələcəkdə Azərbaycanın daha güclü, daha inkişaf etmiş dövlətə çevriləcəyinə əminliyini bildirdi. Biz də öz Liderimizə, onun yürütdüyü siyasətə inanır və əmin oluruq ki, bu siyasət Azərbaycanı işıqlı gələcəyə aparacaqdır.

Lütvəli Şıxəliyev,
Yeni Azərbaycan Partiyası Saatlı rayon təşkilatının sədri

Geri dön