Ana Sayfa > İqtisadiyyat / Aia TV / Karusel > Azərbaycanda yeni bank açıldı

Azərbaycanda yeni bank açıldı


28-07-2015, 11:24. Yazar: admin

İçərişəhər filialında xidmət göstərəcək.

“Ziraat Bank Azərbaycan” ASC fəaliyyətə başlayıb.

Bu barədə Oxu.Az-a bankdan bildirilib.

Bankın məlumatına görə, 50 milyon manat nizamnamə kapitalı ilə fəaliyyətə başlayan bank ilkin mərhələdə “İçərişəhər” filialı vasitəsilə xidmət göstərəcək.

“Ziraat Bank Azərbaycan” bildirib ki, bankın fəaliyyəti ölkə iqtisadiyyatının və ölkələr arasındakı xarici ticarətin inkişafı ilə iqtisadi əlaqələrin güclənməsində mühüm rol oynamağa yönələcək.

Qeyd edək ki, Azərbaycandan başqa, Almaniya, Bosniya və Hersoqovina, Rusiya, Qazaxıstan, Özbəkistan, Türkmənistanda da fəaliyyət göstərən “Ziraat Bankası" xarici şöbə və filialları ilə birlikdə 18 ölkədə, 90-dan çox nöqtədə müştərilərə xidmət edir.
Geri dön