Ana Sayfa > Siyasət > Prezident İlham Əliyev: ”Biz Cənubi Qafqazda sülhün tərəfdarıyıq”

Prezident İlham Əliyev: ”Biz Cənubi Qafqazda sülhün tərəfdarıyıq”


1-05-2022, 11:06. Yazar: admen
Prezident İlham Əliyev: ”Biz Cənubi Qafqazda sülhün tərəfdarıyıq”

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda iştirak edib. İlham Əliyev konfransdakı çıxışında çox ciddi və hər bir vətəndaşı düşündürən məqamlara aydınlıq gətirərək, bu günün reallıqlarını özündə əks etdirən önəmli məsələlərə toxundu. Azərbaycanın, həmçinin Qafqazda yeni dövrü – sülh və əməkdaşlıq dövrünü təşviq etdiyini vurğulayan Prezident İlham Əliyev deyib: “Azərbaycan Ermənistanla sülh müqaviləsinin imzalanması üçün 5 prinsipi təklif edib və sonda Ermənistan hökuməti pozitiv yanaşaraq bu təklifləri qəbul edib. Bu prinsiplər Ermənistanla imzalanacaq sülh müqaviləsinin əsasını təşkil edəcək. Eyni zamanda, Ermənistan bu prinsiplərə əsaslanaraq Azərbaycanla delimitasiya prosesinin başlanması üçün birgə işçi qrupunun yaradılmasına razılıq verib. Düşünürəm ki, bütün bunlar İkinci Qarabağ müharibəsindən sonra baş verən pozitiv siqnaldır”.
 
Bununla da Prezident İlham Əliyev həm Ermənistan, həmçinin də digər dünya ölkələri üçün ölkəmizin mövqeyini çox əhatəli bir formada ortaya qoydu. Xüsusən də Ermənistanın təklif olunan 5 prinsipə pozitiv yanaşması Azərbaycanın münaqişənin həlli istiqamətində növbəti irəliləyişinin təzahürüdür. Çünki bu prinsiplər Ermənistanla imzalanacaq sülh müqaviləsinin əsasını təşkil edəcək.

Beynəlxalq konfransda İlham Əliyev bir daha vurğulayıb ki: “Sülh bizim üçün zəruridir. İkinci Qarabağ müharibəsindən sonra erməni cəmiyyətinin də yaraları var. Bunu başa düşmək olar. Əgər yaralarımız otuz ilə sağalmadısa, bilirik ki, onların da yaraları qanlı qalacaq. Bu, reallıqdır. Biz məsuliyyəti öz üzərimizə götürməliyik və ölkələrə rəhbərlik edən liderlər məsuliyyəti eyni olaraq qəbul etməlidirlər. Paralel olaraq cəmiyyəti hazırlamalıyıq. İnsanlar, jurnalistlər və ziyalılar arasında təmasların qurulmasına dair mənim təklifim buna yönəlir. Sülh üçün əsaslar olmalıdır. Bu, uzun vaxt tələb edəcək, lakin alternativ yoxdur, alternativ daha pisdir”. Azərbaycanın təqdim etdiyi sülh gündəliyi Ermənistanla yanaşı Cənubi Qafqazda da regional inkişaf üçün yeni imkanlar yaradacaq.

Konfransda İlham Əliyev tərəfindən söylənilən fikirlər bu gün üçün çox dəyərli olmaqla bərabər, həm də gələcəyə hesablanmışdır. Azərbaycan bu gün iqtisadi cəhətdən dünyanın inkişaf edən ölkələrindən biri hesab olunur. Sosial sahədə dövlətin keçirdiyi tədbirlər yüksək qiymətləndirilir və qəbul olunmuş mühüm dövlət proqramları, layihələr, qəbul olunan qərar və sərəncamlar bilavasitə əhalinin sosial rifahının yaxşılaşdırılmasına yönəldilmişdir. Düşmən üzərində qazanılmış tarixi qələbə və Azərbaycan Prezidentinin düşünülmüş daxili və xarici siyasəti, sülh çağırışları, humanitar, xeyirxah addımları dövlətimizi bütün dünyada şöhrətləndirmiş, beynəlxalq aləmdə nüfuzunu qat - qat artırmışdır.

Gündüz Bayramov,
YAP Samux rayon təşkilatının sədri
  
Geri dön