Ana Sayfa > Seçki 2024 > Şirvanda yataqxanada yanğın baş verib, sakinlər təxliyə edilib

Şirvanda yataqxanada yanğın baş verib, sakinlər təxliyə edilib


1-05-2022, 10:49. Yazar: admen
Şirvanda yataqxanada yanğın baş verib, sakinlər təxliyə edilib

Şirvan şəhərində yataqxanada yanğın baş verib.

AİA.Az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, beşmərtəbəli yataqxana binasının 4-cü mərtəbəsində ümumi sahəsi 30 m² olan mənzilin yanar konstruksiyaları yanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 5 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.

Qonşu mənzillər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Geri dön