Ana Sayfa > Seçki 2024 > YAP Göygöl rayon təşkilatı tərəfindən “Gənclərin rəqəmsal dünyaya inteqrasiyası” mövzusunda dəyirmi masa keçirilmişdir.

YAP Göygöl rayon təşkilatı tərəfindən “Gənclərin rəqəmsal dünyaya inteqrasiyası” mövzusunda dəyirmi masa keçirilmişdir.


30-04-2022, 17:33. Yazar: admen
YAP Göygöl rayon təşkilatı tərəfindən  “Gənclərin rəqəmsal dünyaya inteqrasiyası”  mövzusunda dəyirmi masa keçirilmişdir.

AİA.Az xəbər verir ki, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, Milli Məclisinin deputatı Elşad Mirbəşiroğlunun iştirakı ilə keçirilən dəyirmi masa zamanı ilk öncə Yeni Azərbaycan Partiyasının qurucusu yaradıcısı Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Yap Göygöl rayon təşkilatının sədri Vüqar İsayev giriş nitqi ilə çıxış edərək, regionun ən güclü siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyasının aktiv fəaliyyətindən bəhs etmiş, aparılan məqsədyönlü siyasətin həyatımızın bütün sahələri ilə birgə gənclər sahəsində də yeni-yeni uğurlara imza atdığını və gələcək həyatımızın daha da yüksək təminatı üçün yeni hədəflərin müəyyən olunduğu bildirmişdir. Ümummilli lider Heydər Əliyevin 99-cu ildönümünə həsr olunan YAP Gənclər Birliyi və Bakı Ali Neft Məktəbinin təşkilatçılığı ilə keçiriləcək 1-ci “Rəqəmsal İdeya Müsabiqəsi”ndə iştirakla bağlı Göygöl gənclərinin də fəallıq göstərdiklərini qeyd etmişdir.

Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, Milli Məclisinin deputatı Elşad Mirbəşiroğlu çıxış edərək, Yeni Azərbaycan Partiyasının hədəflərindən biri də gənc fəallarının innovasiya yönümlü potensiallarının aşkarlanması, yaradıcılıq bacarığının təkmilləşdirilməsi və ölkəmizdəki innovasiya ekosistemində gənclərin iştirakçılığının daha da artırılması olduğu barədə məlumat vermiş, öz innovativ yanaşmaları ilə fərqlənən gənclərin daim irəli çəkilməsinin prioritet olduğunu bildirmişdir. Elşad Mirbəşiroğlu Respublika Prezidenti cənab İlham Əliyev tərəfindən Dövlət Gənclər siyasətinin uğurla həyata keçirildiyini bildirərək gənclərə gələcəyin çağırışlarına öz töhfələrini vermələrini tövsiyə etmişdir.
Göygöl Gənclər İnkişaf Mərkəzinin, Gənclər və İdman İdarəsinin, Təhsil şöbəsinin, QƏQİB-nin nümayəndələri və fəal gənclərdən Şəhriyar İsmayılzadə, Maarif Quliyev, Raul Abbasov, Seymur Əsədzadə , Müşkünaz Xudiyeva, Günay Novruzzadə, Asim Hüseynov, Rüstəm Bayramov və digərləri aktivlik nümayiş etdirərək, rəqəmsal inkişafla bağlı təkliflər irəli sürmüş, dövlət gənclər siyasətinin uğurla həyata keçirilməsində Yeni Azərbaycan Partiyasının xüsusi rolundan geniş və ətraflı söhbət açmışlar.

Bütün çıxış və nitqlərdə gənclərə göstərilən yüksək dövlət qayğısı xüsusi olaraq vurğulanmış, bunun üçün Respublika Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevə yüksək minnətdarlıq bildirilmişdir.

Sonda rəqəmsal dünyaya gənclərin inteqrasiyası, gəncliyin inkişafı və perspektivlər barədə müzakirələr aparılmış, gəncləri maraqlandıran suallar Milli Məclisinin deputatı Elşad Mirbəşiroğlu və YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev tərəfindən cavablandırılaraq, dəyərli tövsiyələr verilmişdir.
Geri dön