Ana Sayfa > Gündəm > YAP Göygöl rayon təşkilatında Ümummilli lider Heydər Əliyevin 99-cu ildönümü ilə bağlı silsilə tədbirlərə başlanıldı
YAP Göygöl rayon təşkilatında Ümummilli lider Heydər Əliyevin 99-cu ildönümü ilə bağlı silsilə tədbirlərə başlanıldı30-04-2022, 15:13. Yazar: admen |
YAP Göygöl rayon təşkilatında Ümummilli lider Heydər Əliyevin 99-cu ildönümü ilə bağlı silsilə tədbirlərə başlanıldı Bu gün YAP Göygöl rayon təşkilatında Ümummilli lider Heydər Əliyevin 99-cu ildönümünə həsr olunmuş ”Xalqa bağışlanan ömür” mövzusunda elmi praktik konfrans keçirildi. Konfransda Göygöl rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərinin müvəqqəti icraçısı Turani Əliyev və Azərbaycan Respublikası Milli Məclisinin deputatı YAP İdarə Heyətinin üzvü Elşad Mirbəşiroğlu iştirak etmişdir. İlk öncə Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunub, abidə önünə gül dəstələri düzülüb. YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev Konfrans iştirakçılarını salamladıqdan sonra Azərbaycan Respublikasının qurucusu və yaradıcısı Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dövlət himninin səsləndirilməsi ilə işə başlayan konfransda YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev giriş nitqi ilə çıxış edərək, keçiriləcək silsilə tədbirlər çərçivəsində Ulu Öndər Heydər Əliyevə həsr olunmuş konfrans, dəyirmi masa, inşa, rəsm, musiqi və gənc istedadlar müsabiqələrinin, şahmat yarışı və intellektual oyunların nəzərdə tutulduğunu, gənclərin Heydər Əliyev mərkəzinə ekskursiyalarının təşkil olunacağını bildirmiş, Ümummilli Lider Heydər Əliyevin xalqımıza bəxş etdiyi Müstəqil Azərbaycan Respublikasının son 30 ildəki inkişafı, Heydər Əliyev nurundan yaranmış Yeni Azərbaycan Partiyasının cəmiyyətdəki yeri və rolu haqqında geniş və ətraflı söhbət açmış və bu gün ölkəmizə layiqincə rəhbərlik edən Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin misilsiz fəaliyyətindən danışmışdır. Göygöl rayonundan seçilmiş Azərbaycan Respublikası Milli Məclisinin deputatı Elşad Mirbəşiroğlu geniş məruzə ilə çıxış edərək, Ulu Öndər Heydər Əliyevin sözün əsil mənasında ömrünü Azərbaycan xalqına, dövlətçiliyimizin inkişafına həsr etdiyini vurğulayaraq, xalqımızın və dövlətimizin bu günü üçün Heydər Əliyevə borclu olduğumuzu bildirmiş və ölkə rəhbəri cənab İlham Əliyevin apardığı məqsədyönlü siyasətin həyatımızın bütün sahələrini əhatə etdiyini, daim yeni-yeni uğurlara imza atıldığını və gələcək həyatımızın daha da yüksək təminatı üçün yeni hədəflərin müəyyən olunduğu bildirmişdir. Digər çıxış edən fəallardan YAP Gənclər Birliyi İdarə Heyətinin üzvü Fərid Dünyamalıyev və Danayeri kənd Ərazi Partiya təşkilatının sədri Güləbatın Abbasova Ulu Öndər Heydər Əliyev ideyalarının bu günümüzün və gələcəyimizin daha da etibarlı təminatı, insanların rifah halının daha da yüksəlməsi üçün çox böyük əhəmiyyətə malik olduğunu qeyd etmişlər. Sonda Göygöl rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərinin müvəqqəti icraçısı Turani Əliyev çıxış edərək Heydər Əliyevin xilaskarlıq missiyasından danışaraq onun “Ümummilli Lider” adının xalqımızın tarixinə qızıl hərflərlə yazıldığını bildirmişdir. Konfransın yekununda rayonun ictimai-siyasi həyatında və partiya quruculuğu işində fərqlənən bir qrup şəxslərə Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatı tərəfindən hazırlanmış fəxri fərmanlar və qiymətli hədiyyələr təqdim edilmişdi Geri dön |