Ana Sayfa > Şou-biznes > Novitec-dən Rolls-Royce -
Novitec-dən Rolls-Royce -14-05-2016, 20:28. Yazar: admin |
"Novitec"-in "Rolls-Royce" üzrə tüninq bölməsi olan "Spofec" xüsusi versiya "Wraith" hazırlayıb. O, daha güclü, daha cəld və enlidir, habelə 22-düymlük təkər disklərinə malikdir. Bu "RR"-in demək olar ki, bütün komponentləri karbondan hazırlanıb. Xüsusi asma detalları, spoyler və fərqli qanadlar. Sonuncu, yeri gəlmişkən, arxa hissəyə 13 sm əlavə edib. Burada daha güclü karbon-keramik əyləclər var ki, bu da standart versiyada olandan 38 kq daha yüngüldür. Kupenin yer səthi ilə məsafəsi 400 mm-dir. Bütün bunlar nə üçün lazımdır? 717 a.g. və 986 Nm fırlanma anına 6,6-litrlik V12 və bir cüt boru - bu, standart "Wraith"-dan 85 a.g. və 186 Nm çoxdur. İndi böyük "Rolls" yüzlüyü 4,2 saniyəyə yığır. aia.az Geri dön |