Ana Sayfa > Karusel / Səhiyyə > Azərbaycanda daha 34 nəfər koronavirusdan sağaldı

Azərbaycanda daha 34 nəfər koronavirusdan sağaldı


28-04-2022, 16:38. Yazar: sevinc1
Azərbaycanda daha 34 nəfər koronavirusdan sağaldı

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 11 yeni yoluxma faktı qeydə alınıb, 34 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan aia.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 1 nəfəri vəfat edib.

İndiyədək ümumilikdə 792 545 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 782 728 nəfər müalicə olunaraq sağalıb, 9 709 nəfər vəfat edib, aktiv xəstə sayı 108 nəfərdir.

Ölkədə son sutka ərzində 3088 , hazırkı dövrədək isə 6 808 651 test aparılıb.

aia.az
Geri dön