Ana Sayfa > Parlament > Azərbaycan vətəndaşlarının istismara məruz qaldığı ölkələr -
Azərbaycan vətəndaşlarının istismara məruz qaldığı ölkələr -28-04-2022, 16:11. Yazar: sevinc1 |
Ötən il insan alveri qurbanlarının istismara məruz qaldığı ölkələr məlum olub. aia.az-ın xəbərinə görə, bu, Azərbaycanın İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorunun 2021-ci il üzrə illik məlumatında əksini tapıb. Qurbanlardan 74-ü Türkiyə, 12-si Rusiya, 7-si İran, 1-i Birləşmiş Ərəb Əmirlikləri, 1-i isə Azərbaycanda istismara məruz qalıb. Qeyd edək ki, 2021-ci ildə 95 nəfər insan alveri qurbanı müəyyən edilib. Xatırladaq ki, Azərbaycanın İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorunun 2021-ci il üzrə illik məlumatı Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və İnsan hüquqları komitələrinin sabah-aprelin 29-da keçiriləcək birgə iclasında müzakirəyə çıxarılacaq. aia.az Geri dön |