Ana Sayfa > Təhsil > Polimer Materialları İnstitutunun elmi katibi AMEA-nın Fəxri fərmanı ilə təltif olunub

Polimer Materialları İnstitutunun elmi katibi AMEA-nın Fəxri fərmanı ilə təltif olunub


28-04-2022, 15:13. Yazar: sevinc1
Polimer Materialları İnstitutunun elmi katibi AMEA-nın Fəxri fərmanı ilə təltif olunub


Aprelin 27-də AMEA-nın Əsas binasında Azərbaycan Milli Elmlər Akademiyasının Ümumi yığıncağı keçirilib.

aia.az xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, Təhsil naziri Emin Əmrullayev, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri Famil Mustafayev, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, AMEA-nın Rəyasət Heyətinin üzvləri, dövlət və hökumət rəsmiləri, millət vəkilləri, Akademiyanın həqiqi və müxbir üzvləri, AMEA-nın elmi müəssisə və təşkilatlarının baş və icraçı direktorları, ali təhsil müəssisələrinin rektorları, eləcə də xaricdə yaşayan azərbaycanlı alimlər iştirak ediblər.

İclasda, həmçinin 27 mart - “Elm günü” münasibətilə AMEA-nın Fəxri fərmanları təqdim olunub. AMEA-nın Polimer Materialları İnstitutunun elmi katibi kimya üzrə fəlsəfə doktoru, dosent Solmaz Rzayeva Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin 01 aprel 2022-ci il tarixli qərarı ilə elmi və elmi-təşkilati fəaliyyətində fərqləndiyinə görə 27 mart - “Elm günü” münasibətilə Azərbaycan Milli Elmlər Akademiyasının Fəxri fərmanı ilə təltif edilib. Fəxri fərman AMEA-nın vitse-prezidenti, Kimya Elmləri Bölməsinin Elmi şurasının sədri, akademik Dilqəm Tağıyev tərəfindən təqdim olunub.

aia.az
Geri dön