Ana Sayfa > Dünya > Rusiyalı hərbçilər təslim olmuş ukraynalı əsgərləri edam ediblər

Rusiyalı hərbçilər təslim olmuş ukraynalı əsgərləri edam ediblər


28-04-2022, 12:32. Yazar: sevinc1
Rusiyalı hərbçilər təslim olmuş ukraynalı əsgərləri edam ediblər

ABŞ rusiyalı hərbçilərin Donetsk vilayətində təslim olmaq istəyən ukraynalıları edam etmələri ilə bağlı etibarlı məlumat əldə edib.

Bu barədə ABŞ-ın beynəlxalq ədalət üzrə xüsusi nümayəndəsi Bet Van Şaak BMT-nin iclasında bəyan edib.

“Hazırda bizdə etibarlı məlumat var ki, Donetsk yaxınlığında fəaliyyət göstərən Rusiya hərbi birləşmələri təslim olmaq istəyən hərbçiləri tutmaq əvəzinə, edam ediblər”, - deyə o bildirib.

O, doğru olacağı təqdirdə bunun müharibə qanununun əsas prinsipinin (hansı ki, təslim olmuş mülki şəxsin və döyüşçünün özbaşına edam edilməsini, yaralamağı və əlil etməyi qadağan edir) pozulması adlandırıb.

aia.az
Geri dön