Ana Sayfa > Seçki 2024 > Lobbiçilik və diasporamızın Şuşa səhifəsi

Lobbiçilik və diasporamızın Şuşa səhifəsi


27-04-2022, 09:52. Yazar: sevinc1
Lobbiçilik və diasporamızın Şuşa səhifəsi

Şuşa tarix qoxuyan və bu tarixdən mədəniyyətə, milli birliyə, qeyrət-namus simvoluna çevrilən şəhərdir. 44 Günlük Vətən Müharibəsinin şah əsəri olan Şuşa işğaldan azad olunandan sonra sözün həqiqi mənasında öz qızıl dövrünü yaşayır. Aradan keçən müddət ərzində burada reallaşan yerli və beynəlxalq tədbirlər, Cənab Prezident İlham Əliyevin Şuşadan dünyaya verdiyi mesajlar onu deməyə əsas verir ki, yaxın gələcəkdə Şuşa regionun ən inkşaf etmiş şəhəri, mədəni mərkəzi olacaq.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Şuşa Bəyannaməsinin imzalanmasını yəqin ki, hamımız xatırlayırıq. İki ölkə arasında qardaşlıq münasibətlərinin daha da dərinləşməsinə xidmət edən bu sənədin imzalanma mərasimində ən diqqət çəkən məqamlardan biri də erməni vandalları tərəfindən dağıdılmış Natəvanın Ev Muzeyi önündə reallaşan beynəlxalq əhəmiyyətli tədbir əslində dünyaya mesaj idi. Bəli. Şuşamız 30 il istismar olunub. İstismarla yanaşı düşmən Şuşanı talan edib. Ancaq öz məğrurluğunu, öz əzəmətini itirməyən Şuşamız 2 ildir ki, bir sıra mühüm tədbirlərə ev sahibliyi edir. 30 ildən sonra Heydər Əliyev Fondu tərəfindən “Xarıbülbül” beynəxalq müsiqi festivalının burada keçirilməsi, Şuşada Azərbaycan-BMT tərəfdaşlığının 30 illiyinə həsr olunmuş iclasın, Milli Məclisin birgə komitə iclaslarının burada keçirilməsi sözün həqiqi mənasında bizə sevinc hissi ilə yanaşı Şuşanın gələcəyi ilə bağlı xoş ümidlər bəxş edir. Bu ümidlərin əsasını isə Cənab Prezidentin qətiyyəti, xalq-iqtidar birliyindən doğan ZƏFƏR səlanməsi və Azərbaycanın qüdrəti dayanır.

Bəli bu gün heç bir beynəlxalq donor təşkilatdan asılı düşməyərək işğaldan azad olunan ərazilərdə yenidənqurma işləri həyata keçirilir. Artıq yaxın zamanda 30 ildən artıq müddət ərzində öz doğma yurd-yuvalarından qaçqın və didərgin düşmüş vətəndaşlarımızın hərətinə son qoyulacaq. Böyük qayıdış həyata keçiriləcək. Siyasətinin təməlində hər bir azərbaycanlıya xidmət, hər bir vətəndaşın probleminin həlli dayanan Cənab Prezidentin fəaliyyət siferasında azərbaycançılıq ideyasının inkişafı, lobbi və diasporanın fəaliyyətinin yaxşılaşdırılması və bu sahədə mütərəqqi addımların atılması dayanır.

Diaspora hər bir ölkənin xaricdə olan simasıdır. Diaspora olmasa xarici siyasətdə uğur qazanmaq, milli maraqları qorumaq asan deyil. Aradan keçşən müddət ərzində bu sahədə ciddi işlər görülüb. Komitənin fəaliyyəti və görülən işlər nəticəsində xarici ölkələrdə yaşayan azərbaycanlılar həmrəylik nümayiş etdirirlər. Şuşada keçirilən Qurultayda da biz bunun şahidi olduq və inanırıq ki, Qurultayda Cənab Prezident tərəfindən diaspora təşkilatları qarşısında qoyulan yeni tapşırıq və tösiyyələr qısa zamanda uğurla icra edəcək.

Mətanət Səfərli
YAP Nəsimi rayon təşkilatında məsləhətçi
aia.az

Geri dön