Ana Sayfa > İdman > "Siti" ilə "Real"ın qarşılaşmasında 7 qol vuruldu
"Siti" ilə "Real"ın qarşılaşmasında 7 qol vuruldu27-04-2022, 09:32. Yazar: sevinc1 |
UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinə start verilib. aia.az xəbər verir ki, ilk oyun günündə 1 qarşılaşma keçirilib. İspaniya "Real Madrid"i İngiltərədə turnirin son finalçısı "Mançester Siti"nin qonağı olub. "Etihad" stadionundakı görüş "şəhərlilər"in 4:3 hesablı qələbəsi ilə başa çatıb. Hesabı 2-ci dəqiqədə meydan sahiblərinin yarımmüdafiəçisi Kevin De Brüyne açıb. 93-cü saniyədə fərqlənən belçikalı futbolçu turnirin yarımfinalları tarixində ən erkən qolun müəllifi olub. 9 dəqiqə sonra Qabriel Jezus fərqi artırıb. 33-cü dəqiqədə Kərim Benzema buraxılan qollardan birinin əvəzini çıxıb. 53-cü dəqiqədə Fil Foden qonaqları növbəti dəfə meydanın mərkəzinə dəvət edib. Lakin Mançester təmsilçisinin sevinci cəmi 3 dəqiqə çəkib. Vinisius Junior baxımlı qolla fərqi yenidən minimuma endirib. 74-cü dəqiqədə Bernardu Silva 4-cü topu "kral klubu"nun qapısından keçirib. Oyunda son nöqtəni isə Benzema qoyub. 81-ci dəqiqədə penaltidən fərqlənən fransalı hücumçu yekun hesabı müəyyənləşdirib. Komandalar arasında cavab qarşılaşması mayın 4-də olacaq. UEFA Çempionlar Liqası, yarımfinal İlk oyun 26 aprel 23:00. "Mançester Siti" (İngiltərə) - "Real Madrid" (İspaniya) - 4:3 Qollar: Kevin De Brüyne, 2. Qabriel Jezus, 11. Fil Foden, 53. Bernardu Silva, 74 - Kərim Benzema, 33; 81 (pen.) Vinisius Junior, 55 Baş hakim: İştvan Kovaç (Rumıniya) Mançester, "Etihad" stadionu Qeyd edək ki, digər yarımfinal matçı aprelin 27-də İngiltərədə "Liverpul" və İspaniya "Vilyarreal"ı arasında baş tutacaq. aia.az Geri dön |