Ana Sayfa > Ölkə > 18 yaşlı qız sevgilisi ilə dalaşıb özünü öldürmək istədi
18 yaşlı qız sevgilisi ilə dalaşıb özünü öldürmək istədi26-04-2022, 16:32. Yazar: sevinc1 |
Ağdaşda 18 yaşlı qız sevdiyi oğlanla mübahisə etdiyi üçün intihara cəhd edib. “Kriminalqafqaz” xəbər verir ki, hadisə aprelin 20-də baş verib. Belə ki, 2004-cü il təvəllüdlü qız zəhərlənməsi diaqnozu ilə Ağdaş Rayon Mərkəzi Xəstəxanasına müraciət edib. İlkin araşdırma zamanı məlum olub ki, o, əsəbiləşərək sirkə turşusu içib. Onun sevdiyi oğlanla mübahisə etdiyi üçün əsəbiləşdiyi bildirilir. Faktla bağlı araşdırma aparılır. aia.az Geri dön |