Ana Sayfa > Seçki 2024 > Azərbaycan və Qırğızıstan dost, qardaş dövətdir

Azərbaycan və Qırğızıstan dost, qardaş dövətdir


26-04-2022, 15:32. Yazar: sevinc1
Azərbaycan və Qırğızıstan dost, qardaş dövətdir

Türkdilli dövlətlər regionda öz aralarında əməkdaşlıq etməklə bərabər, başqa ölkələrlə də dostluq və qarşılıqlı anlayış şəklində münasibətlərini inkişaf etdirirlər. Son 10 il ərzində türkdilli dövlətlər arasında əməkdaşlıq keyfiyyətcə yeni mərhələyə keçib və ölkələrimiz arasında əlaqələr konkret mexanizmlər əsasında inkişaf etdirilir. Cənab Prezidentimiz,Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev türkdilli dövlətlərlə əlaqələrin dərinləşdirilməsini xarici siyasətdə mühüm istiqamətlərdən biri kimi müəyyənləşdirmişdir. Türk dövlətlərinin,xalqlarının, diaspor təşkilatlarının vahid məqsədlər uğrunda mübarizə aparması, ideoloji-siyasi cəbhədə eyni mövqedən çıxış etməsi Prezident İlham Əliyevin başlıca məqsədlərindən biridir. Azərbaycan və Qırğız xalqlarını birləşdirən ortaq mədəni irsin və ortaq tarixin mövcud olması qarşılıqlı əlaqələrin formalaşmasında vacib rol oynayır. Azərbaycan və qırğız xalqları tarix, dil, din və mədəni dəyərlər baxımından bir-birinə çox sıx tellərlə bağlıdır. Azərbaycan ilə Qırğızıstan arasındakı münasibətlər hazırda Prezident İlham Əliyev və Qırğızıstan Prezidenti Sadır Japarovun rəhbərlikləri ilə ən yüksək səviyyədə davam edir. Azərbaycan və Qırğızıstanı birləşdirən çoxsaylı ümumi dəyərlər ölkələrimizin strateji tərəfdaşa çevrilməsinin əsas və həlledici amildir. Bu baxımdan Qırğızıstan Respublikasının Prezidenti Sadır Japarovun aprelin 20-də Azərbaycana etdiyi səfəri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev arasında yüksək səviyyəli görüşün keçirilməsi, aparılan danışıqlar və imzalanmış sənədlər əməkdaşlığımızın gələcək inkişafı üçün böyük zəmin yaratmışdır. Səfər çərçivəsində ümumilikdə on sənəd imzalanmışdır ki, bu sənədlər sırasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamə və Dövlətlərarası Şuranın yaradılması haqqında Memorandum xüsusi əhəmiyyətə malikdirlər. İki ölkə arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi məmnunluq doğurur.

Prezident İlham Əliyev mətbuata bəyanatında bildirdi ki, Azərbaycan və Qırğızıstan dost, qardaş dövətdir: “Bu gün bizim münasibətlərimiz keyfiyyətcə yeni səviyyəyə çatıb. On sənəd imzalanıb, mən onların arasında ikisini-Strateji Tərəfdaşlıq haqqında Bəyannaməni və Dövlətlərarası Şuranın yaradılması haqqında Memorandumu xüsusi vurğulamaq istərdim. Hər iki sənəd bizim münasibətlərin xarakterini və formasını əsasən qabaqcadan müəyyən edəcək. Strateji tərəfdaşlıq qarşılıqlı fəaliyyətin yüksək səviyyəsidir və bizi məhz strateji xarakterli əməkdaşlıq kökləyir. Biz Dövətlərarası Şura çərçivəsində həm ikitərəfli gündəliyə aid məsələləri, həm də regional və beynəlxalq problemləri daha effektli və fəal surətdə müntəzəm müzakirə edəcəyik” Cənab Prezidentin mətbuata bəyənatında beynəlxalq təşkilatlarda iki ölkənin daima bir-birini dəsdəklədiyi vurğulanmışdır.

Qeyd olunmuşdur ki, Qırğızıstan və Azərbaycan Qoşulmama Hərəkatı, BMT, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təçkilatı, ECO çərçivəsində həmişə bir-birini dəsdəkləyir.Türkdilli dövlətləri bir-birinə bağlayan iqtisadi əlaqələr da mövcuddur. Təqdirəlayiq haldır ki, türkdilli ölkələr arasında iqtisadi münasibətlər hər il inkişaf edir, ticarət əlaqələri genişlənir. Azərbaycan Pespublikasının Prezident İlham Əliyev Qırğızıstan Respublikasının Prezidenti Sadır Japarovla birgə mətbuata bəyanatla çıxışı zamanı bildirdi ki, Qırğızıstan iqtisadiyyatının enerji sektoru Azərbaycan şirkətləri üçün maraqlı ola bilər. Azərbaycan şirkətlərinin müasir enerji müəssisələrinin, elektrik stansiyalarının, o cümlədən istilik elektrik stansiyalarının yaradılmasında müəyyən təcrübəsi var. Mövcud istiqamətdə səylərin birləşdirilməsinə və Azərbaycanın investisiya potensialına çox ehtiyac var. Türkdilli dövlətlər arasında sıx əməkdaşlıq bütün türk dünyası üçün olduqca vacibdir. Birgə bəyanatlarda səslənən fikirlər və imzalanan sənədlər bundan sonra da iki ortaq kökə malik ölkə arasındakı münasibətlərin inkişaf etdiriləcəyinə əminlik yaradır. Bu gün əminliklə deyə bilərik ki, Azərbaycan ilə Qırğızıstan arasında əlaqələr bundan sonra da müxtəlif sahələr üzrə daha da genişlənəcək. .

Qırğızıstan Prezidentinin ölkəmizə rəsmi səfəri çərçivəsində keçirilən görüş və müzakirələrin nəticələri də ölkələrimiz arasında ikitərəfli qarşılıqlı fəaliyyətin geniş imkanları olduğunu bir daha nümayiş etdirdi. Bu baxımdan Qırğızıstan Respublikasının Prezidenti Sadır Japarovun ölkəmizə rəsmi səfəri zamanı əldə olunan razılaşmalar, müzakirə olunan məsələlər Azərbaycan-Qırğızıstan münasibətlərində yeni səhifə açacaq, eyni zamanda türkdilli dövlətlər arasında əməkdaşlığın daha da möhkəmlənməsinə töhfə verəcəkdir.

Cavid Əsgərzadə,
YAP Göygöl rayon təşkilatının əməkdaşı


Geri dön