Ana Sayfa > Seçki 2024 > Göygöl rayonunda Vətən müharibəsi şəhidi kapitan Elnur Cəbrayılovun doğum günündə xatirəsi anılıb

Göygöl rayonunda Vətən müharibəsi şəhidi kapitan Elnur Cəbrayılovun doğum günündə xatirəsi anılıb


26-04-2022, 14:31. Yazar: sevinc1
Göygöl rayonunda Vətən müharibəsi şəhidi kapitan Elnur Cəbrayılovun doğum günündə xatirəsi anılıb

AİA.Az xəbər verir ki, YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev, Göygöl rayon İcra Hakimiyyətinin əməkdaşları Babək Rəsulov, Sadiq Abbaszadə, Milli Məclisin deputatı Elşad Mirbəşiroğlunun köməkçisi Namiq Məmmədov, QƏQİB-in rayon şöbəsinin sədri Araz Abbasov, ziyalılar, gənclər və rayon ictimaiyyətinin nümayəndələri, Vətən müharibəsində xüsusi qəhrəmanlıqla döyüşərək şəhidlik zirvəsinə ucalmış Elnur Cəbrayılovun doğum günü münasibətilə Göygöl rayon Şəhidlər Xiyabanındakı məzarı ziyarət olunmuşdur.

Ziyarət zamanı məktəblilər tərəfindən şeirlər səsləndirilmiş, şəhidin məzarı üzərinə gül dəstələri düzülüb, müqəddəs ruhuna dualar oxunmuşdur. Sonra YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev şəhidin ailə üzvləri ilə görüşüb, onların qayğıları ilə maraqlanıb.YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev şəhid ailələrinə göstərilən yüksək dövlət qayğısından danışaraq şəhidlərimizin daim hörmətlə və ehtiramla yad edildiyini,onların gələcək nəsillərə örnək olduğunu söyləmiş, YAP Göygöl rayon təşkilatı tərəfindən hazırlanmış xatirə hədiyyəsi şəhidin ailə üzvünə təqdim olunmuşdur. Söhbət zamanı şəhid ailəsinin üzvləri onlara göstərilən xüsusi diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.


Geri dön