Ana Sayfa > Gündəm > "Beyaz Show" niyə efirə getmədi? -

"Beyaz Show" niyə efirə getmədi? -


14-05-2016, 14:38. Yazar: admin
"Beyaz Show" niyə efirə getmədi? -





Cümə günləri Kanal D-də yayımlanan "Beyaz Show"nun dünənki buraxılışı efirə getməyib.

Aia.Az "Sözcü"yə istinadən xəbər verir ki, buna səbəb kimi Hakkari vilayətindəki silahlı münaqişədə 8 nəfərin şəhid olması göstərilib.

Verilişə qonaq olaraq qatılacaq Nilgün Belgün bununla bağlı Tvitter hesabından açıqlama yayıb:

"Bu gecə qonaq olacağım "Beyaz Show" şəhidlərimizə görə ləğv edilib. Şəhidlərimizə rəhmət, ailələrinə başsağlığı deyirəm".

Qeyd edək ki, Bəyazit Öztürkün aparıcılıq etdiyi verilişdə dünən gecə Rafet El Roman, Yusuf Güney, Nilgün Belgün və Şebnem Hassanisoughi qonaq olacaqdı.


aia.az
Geri dön