Ana Sayfa > Media > Azərbaycan-Qırğızıstan münasibətləri yüksələn xətlə inkişaf edir
Azərbaycan-Qırğızıstan münasibətləri yüksələn xətlə inkişaf edir26-04-2022, 10:03. Yazar: sevinc1 |
![]() Məlum olduğu kimi, aprelin 20-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycana rəsmi səfərə gələn Qırğızıstan Respublikasının Prezidenti Sadır Japarovla görüşüb. Görüşdə Azərbaycan-Qırğızıstan arasında Strateji əməkdaşlıq Bəyannaməsinin imzalanması mərasimindən sonra hər iki dost ölkənin rəhbərləri mətbuata bəyanatlarla çıxış ediblər. Vurğulanıb ki, bu Bəyannamə bütövlükdə iki müstəqil dövlətin münasibətlərinə yeni nəfəs, müasir birlik modeli, eləcə də inkişaf mexanizmləri verəcək. Bu əhəmiyyətli görüşdən ilk olaraq belə nəticə çıxarmaq olar ki, uzun illərə söykənən Azərbaycan və qırğız xalqları tarix, dil, din və mədəni dəyərlər baxımından bir-birinə çox sıx tellərlə bağlıdırlar. Soy kökləri qədim türkçülük etnogenezinə söykənən bu iki xalq arasındakı münasibətlər böyük bir tarixi dövrü əhatə edir. Xalqların dastanlarında, eposlarında mövcud olan bağlılıqlar da bu reallığı ehtiva etməkdədir. Onu da qeyd edək ki, postsovet məkanında müstəqil dövlətlər yarandıqdan sonra Azərbaycanla Qırğızıstan arasındakı münasibətlər daha da yüksələn xətlə inkişaf etməyə başlayıb. Belə ki, müstəqil siyasət yürüdən ölkələrimiz arasında diplomatik münasibətlər 19 yanvar 1993-cü ildə qurulub. Əsasən də, iki dövlət arasında sıx əlaqələrin yaradılması Ulu Öndər Heydər Əliyevin səyləri ilə baş tutub. Bu gün isə Ulu Öndərin siyasi kursunun layiqli davamçısı, siyasi varisi, Azərbaycan Prezidenti cənab İlham Əliyev bu münasibətlərin daha da dərinləşməsinə çox önəmli töhfələrini verir. O cümlədən, qarşılıqlı səfərlər, imzalanan sənədlər bu münasibətlərin daha da dərinləşməsinə səbəb olub. Ölkələrimiz BMT, ATƏT, Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, MDB və Qoşulmama Hərəkatı kimi beynəlxalq təşkilatlar çərçivəsində çoxtərəfli formatda sıx qarşılıqlı fəaliyyət göstərir, önəmli qərarların verilməsində birgə itşirak edirlər. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qırğızıstan Respublikasının Prezidenti Sadır Japarov ilə geniş tərkibdə görüş zamanı xüsusilə vurğulayıb ki, Azərbaycan-Qırğızıstan münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə çatır: “Bu, çox əlamətdar hadisədir, çünki qarşılıqlı fəaliyyətdə olduğumuz 29 il ərzində münasibətlərimiz bu səviyyədə olmayıb". Dövlətimizin başçısı onu da qeyd edib ki, artıq qarşılıqlı münasibətlərin keyfiyyətcə yeni səviyyəyə çatdırılması şəraiti mövcuddur. Yaradılan dövlətlərarası Şura isə ölkələr arasında əməkdaşlığın daha da genişlənməsinə və möhkəmlənməsinə töhfə verəcəkdir. Bu xüsusda, ilk növbədə, nəqliyyat infrastrukturunun və Şərq-Qərb nəqliyyat dəhlizinin daha səmərəli fəaliyyət göstərməsi üçün səylər birləşdiriləcəkdir. Azərbaycanda yüklərin müxtəlif istiqamətlərdə daşınmasına imkan verən müasir nəqliyyat infrastrukturu yaradılıb və bu imkanlardan Qırğızıstan istifadə edə biləcəkdir. O da bəllidir ki, Azərbaycan şirkətlərinin müasir enerji müəssisələrinin, o cümlədən istilik elektrik stansiyalarının yaradılmasında əsaslı təcrübəsi var. Bu təcrübədən Qırğızıstan iqtisadiyyatının enerji sektorunda Azərbaycan şirkətləri tərəfindən istifadə edilə bilər. Həmçinin kənd təsərrüfatı sahəsində perspektiv əməkdaşlıq əlaqələri daha da möhkəmlənəcək, bu sahənin mütəxəssisləri yaxın vaxtlarda Qırğızıstana səfər edəcəklər. Məhz bu reallıqlar ölkələrimiz arasındakı münasibətlərin daha da möhkəmləndirilməsinə geniş imkanlar, şəraitlər yaratmaqdadır. Yeri gəlmişkən, qeyd edə bilərik ki, dövlətlərarası münasibətlərdə humanitar sahə həmişə mühüm yer tutub. O da sevindirici haldır ki, Azərbaycanın qədim Şuşa şəhərinin gələn il Türk dünyasının Mədəniyyət paytaxtı elan olunması təşəbbüsünü Qırğızıstan dəstəkləyib və bu çox müsbət hal kimi dəyərləndirilməlidir. Beləliklə, Azərbaycan-Qırğızıstan münasibətləri yüksələn xətlə inkişaf edir və xalqlarımız arasındakı körpülərin dayaqlarını möhkəmləndirir. Eşqin QULİYEV, YAP Göygöl rayon təşkilatı üzrə Hacıməlik qəsəbə ərazi partiya təşkilatının sədr müavini Geri dön |