Ana Sayfa > İdman > Bakıda keçirilən Dünya Kuboku heyran etdi - Zəhra Bədəlbəyli
Bakıda keçirilən Dünya Kuboku heyran etdi - Zəhra Bədəlbəyli25-04-2022, 17:03. Yazar: sevinc1 |
Bədii gimnastika üzrə Dünya Kubokunun miqyası və bu idman tədbirinin gözəl təşkili məni heyran etdi. AİA.Az bildirir ki, bunu Trend-ə yarışları tamaşaçı qismində ziyarət edən şairə, pianoçu, ictimai xadim Zəhra Bədəlbəyli deyib. "Milli Gimnastika Arenasını ilk dəfə deyil ki, ziyarət edirəm, burada təşkil olunan beynəlxalq turnirdə isə birinci dəfədir iştirak edirəm. Təbii ki, yarışların miqyası və gözəl təşkili məni heyran etdi. Azərbaycan komandasının Dünya Kubokunda çıxışı çox xoşuma gəldi, gimnastlarımızın qələbəsinə sevindim. Onlar tapşırığı o qədər həvəslə yerinə yetirdilər ki, enerji inanılmazdır - bu sehrli mənzərədir. Əsas odur ki, qızlar bütün emosiyaları bizə - tamaşaçılara çatdıra bildilər. Qələbələrinin, fəxri kürsünün ən yüksək pilləsinə necə qalxdıqlarının, qızıl medallara layiq görüldüklərinin şahidi olduğum üçün çox xoşbəxtəm", - deyə Z.Bədəlbəyli bildirib. O, istisnasız olaraq bütün gimnastları dəstəkləyən tamaşaçıların reaksiyasından da məmnun qaldığını vurğulayıb. "İdman tədbirlərinə getmək əla vaxt keçirtmək üsuludur. Turnirlərə mütləq bütün ailə, dostlar ilə gəlmək lazımdır. Hesab edirəm ki, uşaqları, xüsusən də idmana həvəsi olanları yarışlara gətirmək son dərəcə vacibdir. Uşaq öz kumirlərini, məşhur idmançıları, necə mükafat aldığını öz gözləri ilə görəndə böyük motivasiya alır", - deyə Z.Bədəlbəyli bildirib. Qeyd edək ki, aprelin 22-dən 24-dək Bakıda Bədii Gimnastika üzrə Dünya kuboku keçirilib. Azərbaycanın gimnastika növləri üzrə bu il ev sahibliyi etdiyi 5-ci beynəlxalq yarışda 31 ölkədən 42-si fərdi və 84-ü qrup komandasının (14 qrup) üzvü olmaqla 126 gimnast iştirak edib. Geri dön |