Ana Sayfa > Seçki 2024 > Goranboy rayon İcra Hakimiyyətində Aparat müşavirəsi keçirildi.

Goranboy rayon İcra Hakimiyyətində Aparat müşavirəsi keçirildi.


25-04-2022, 13:51. Yazar: sevinc1
Goranboy rayon İcra Hakimiyyətində Aparat müşavirəsi keçirildi.

Goranboy rayon İcra Hakimiyyətində İcra Başçısı Məhərrəm Quliyevin rəhbərliyi ilə, Aparat müşavirəsi keçirildi. Müşavirədə vətəndaş müraciətlərinə, mövcud qanunvericiliyin tələblərinə uyğun baxılmasının, xüsusən də Şəhid ailələri və Qazilərin sosial qayğılarının öyrənilməsi və operativ həlli istiqamətində müvafiq tədbirlərin görülməsinin təmin edilməsi, icra nümayəndəliklərində təsərrüfatbaşına kitabların Elektron sistemə işlənilməsinin nəticələri və çatışmazlıqların aradan qaldırılması, icra nümayəndəliklərində nomenklatura üzrə sənədlərin işlənilməsi vəziyyəti, Şöbələr üzrə verilmiş tapşırıqların icra vəziyyəti barədə rüblük hesabat-arayışlar, RİH-nin illik İş Planında nəzərdə tutulmuş Şura məsələlərinin Başçı yanında Şuranın iclasında müzakirəyə təqdim edilməsi və həftə ərzində iclasın təşkili, Bələdiyyə torpaqlarının, xüsusən də örüş yerlərinin icarə vəziyyətinin təhlil edilməsi, aparılan tikinti işlərinin mövcud qanunvericiliyin və memarlıq–arxitektura tələblərinə uyğun təmin edilməsi, Goranboy şəhərində və Şəhidlər Xatirə Kompleksində aparılan yenidənqurma işlərinin qısa müddətdə yekunlaşdırılması, bütün yaşayış məntəqələrində, yolkənarı ərazilərdə təmizlik-abadlıq işlərinin aparılması məsələləri geniş müzakirə edildi, müvafiq tapşırıq və tövsiyyələr verildi.

AİA.Az
Geri dön