Ana Sayfa > Dünya > Dünyanın ən yaşlı qadını vəfat etdi
Dünyanın ən yaşlı qadını vəfat etdi25-04-2022, 12:25. Yazar: sevinc1 |
“Ginnesin Rekordlar Kitabı” tərəfindən dünyanın ən yaşlı qadını kimi tanınan yaponiyalı Kane Tanaka 120 yaşında vəfat edib. K.Tanaka Fukuoka prefekturasındakı qocalar evində yaşayırdı. Qeyd edək ki, K.Tanaka 2 yanvar 1903-cü ildə anadan olub. Onun əri və böyük oğlu İkinci Dünya müharibəsi zamanı həlak olub. K.Tanaka müsahibələrinin birində qeyd etmişdi ki, ən çox qazlı içkiləri və şokoladı sevir. aia.az Geri dön |