Ana Sayfa > Seçki 2024 > GÖYGÖL RAYONUNDA VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ, KƏŞFİYYATÇI AZƏR ELDARZADƏNİN OĞLU URFAN ELDARZADƏNİN DOGUM GÜNÜ QEYD OLUNUB

GÖYGÖL RAYONUNDA VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ, KƏŞFİYYATÇI AZƏR ELDARZADƏNİN OĞLU URFAN ELDARZADƏNİN DOGUM GÜNÜ QEYD OLUNUB


23-04-2022, 17:47. Yazar: admen
GÖYGÖL RAYONUNDA VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ, KƏŞFİYYATÇI  AZƏR ELDARZADƏNİN OĞLU URFAN ELDARZADƏNİN  DOGUM  GÜNÜ QEYD OLUNUB

AİA.Az xəbər verir ki, 44 günlük Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş kəşfiyyatçı Azər Eldarzadənin oğlu Urfan Eldarzadənin doğum günü münasibəti ilə Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının sədri Vüqar İsayev, təşkilatın əməkdaşları, Milli Məclisin deputatı Elşad Mirbəşiroğlunun köməkçisi Namiq Məmmədov vəQƏQİB-in rayon şöbəsinin sədri Araz Abbasovşəhidin ailəsinə baş çəkərək onun Urfanı 3 yaşı tamam olması münasibətilə təbrik etmişlər.YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev şəhid oğluna öz hədiyyələrini təqdim etmiş, ona və ailəsinə səmimi təbrikini çatdırmışdır. Ailənin qayğıları ilə maraqlanan təşkilat sədri Vüqar İsayev şəhidlərimizin Vətən qarşısında böyük və misilsiz xidmətlərinin olduğunu, torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş hər bir övladımızın xatirəsinin Dövlətimiz və xalqımız tərəfindən hər zaman uca tutulduğunu vurğulamış, şəhid olan Qəhrəmanlarımıza Allahdan rəhmət diləyib. Söhbət zamanı Ali Baş Komandanımız, Prezident İlham Əliyevin tapşırığı ilə bu kateqoriyadan olan ailələrə göstərilən diqqət və qayğının bundan sonra da davam etdiriləcəyi xüsusi vurğulanıb.

Sonda, Azər Eldarzadənin keçdiyi döyüş yolundan, göstərdiyi şücaət və qəhrəmanlıqlardan söhbət açılmış, şəhid ailəsinin üzvləri onlara göstərilən xüsusi diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Geri dön