Ana Sayfa > İqtisadiyyat / Aia TV / Karusel > Manat dolları yenə "vurdu"

Manat dolları yenə "vurdu"


28-07-2015, 10:32. Yazar: admin
Manat dolları yenə "vurdu"
Dolların məzənnəsi günə ucuzlaşma ilə başlayıb.
Azərbaycanda xarici valyutaların məzənnəsində dəyişiklik olub.

Aia.az-in Mərkəzi Banka istinadla verdiyi məlumata görə, avronun məzənnəsi manata nəzərən bahalaşıb. Avropanın vahid valyutası 1.1547-dən 1.1615-ə qalxıb.

ABŞ dollarının manata nisbətdə rəsmi məzənnəsində iki gündən sonra ucuzlaşma qeydə alınıb. Dollar 1.0492-dən 1.0488-ə enib.

Rus rublunun məzənnəsində cuzi ucuzlaşma qeydə alınıb. Rubl 0.0180 manatdan 0.0176-ya kimi enib.

Mərkəzi Bankın İdarə Heyətinin 21 fevral 2015-ci il tarixli qərarı ilə 1 ABŞ dollarının rəsmi məzənnəsi 1.05 AZN səviyyəsində, 1 avronun rəsmi məzənnəsi isə 1.19 AZN səviyyəsində müəyyən edilmişdi. O günə qədər ölkədə 1 dollar təxminən 0, 78 AZN idi.
Geri dön