Ana Sayfa > Seçki 2024 > Əsas məqsədimiz keçmiş məcburi köçkünlərin tezliklə öz torpaqlarına qayıtmasıdır - Emin Hüseynov

Əsas məqsədimiz keçmiş məcburi köçkünlərin tezliklə öz torpaqlarına qayıtmasıdır - Emin Hüseynov


22-04-2022, 17:50. Yazar: admen
Əsas məqsədimiz keçmiş məcburi köçkünlərin tezliklə öz torpaqlarına qayıtmasıdır - Emin Hüseynov

İşğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işləri sürətlə davam etməkdədir. Əsas məqsədimiz keçmiş məcburi köçkünlərin tezliklə öz dədə-baba torpaqlarına qayıtmasıdır.

Bunu Azərbaycan Respublikası Prezidentinin Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) xüsusi nümayəndəsi Emin Hüseynov Dünya Azərbaycanlılarının Şuşada keçirilən V Qurultayında deyib.

"Artıq 30 illik həsrətə son qoyulub. Ona görə də nəyin bahasına olursa-olsun, biz bu işləri yüksək səviyyədə həyata keçirəcəyik. Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilər böyük coğrafiyadır. İşğal dövründə Ağdam, Füzuli yer üzündən silinib, yüzlərlə kəndimiz, qəsəbələrimiz ermənilər tərəfindən dağıdılıb, viran qoyulub.

Lakin buna baxmayaraq, Azərbaycan xalqı sülhsevər xalqdır və biz bu gün sülh mesajı ilə çıxış edirik. Biz sülh içində yaşamaq istəyirik. Biz millətindən, irqindən, dinindən asılı olmayaraq, bütün Azərbaycan vətəndaşlarının konstitusion hüquqlarını təmin etməyə hazırıq və bundan sonra da hazır olacağıq", - deyə E.Hüseynov bildirib.

AİA.Az

Geri dön