Ana Sayfa > Karusel / Qərbi Azərbaycan > Azərbaycanda koronavirusdan ölən olmayıb
Azərbaycanda koronavirusdan ölən olmayıb22-04-2022, 16:48. Yazar: sevinc1 |
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 12 yeni yoluxma faktı qeydə alınıb, 18 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan aia.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb. İndiyədək ölkədə ümumilikdə 792 457 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 782 621 nəfər müalicə olunaraq sağalıb, 9 707 nəfər vəfat edib, aktiv xəstə sayı 129 nəfərdir. Ölkədə son sutka ərzində 3331, hazırkı dövrədək isə 6 788 729 test aparılıb. aia.az Geri dön |