Ana Sayfa > Ölkə > “Azəriqaz”ın rəhbəri “Azəristiliktəchizat”ın 41 milyonluq borcu haqda DANIŞDI

“Azəriqaz”ın rəhbəri “Azəristiliktəchizat”ın 41 milyonluq borcu haqda DANIŞDI


22-04-2022, 16:25. Yazar: admen
“Azəriqaz”ın rəhbəri “Azəristiliktəchizat”ın 41 milyonluq borcu haqda DANIŞDI

“Hər il olduğu kimi bu ildə “Azəristiliktəchizat” ASC mövsümü borcla təhvil verdi”.

Bu sözləri “Azəriqaz” İB-nin sədri Ruslan Əliyev “Facebook” səhifəsində canlı yayımda “qurumlardan Birliyə borclu qalanlar varmı?” sualına cavab verərkən deyib.

O bildirib ki, aprelin 15-nə, yəni istilik verilişinin dayandırıldığı tarixə olan məlumata görə “Azəristiliktəchizat” ASC 41 milyon manat borcla mövsümü təhvil verib:

“Qurum keçirdiyi mətbuat konfransında bu rəqəmi dəfələrlə kiçik formada qeyd edib. Lakin “Azəriqaz” İB verdiyi, satdığı qazın həcmini də, qiymətini də bilir. Ümidvaram ki, qarşı tərəf məsələyə adekvat, obyektiv, məsuliyyətlə yanaşacaq ki, növbəti dəfə iki qurum arasında mübahisə predmeti olmasın. Düşünürəm ki, anlaşma olacaq.

Qurumla bağlı çox ciddi dəyişikliklər baş verir. Növbəti mövsümdə ümid edirəm ki, bu qurum bütün məsələlərə isti yanaşacaq”.

R.Əliyev onu da qeyd edib ki, “Azəriqaz” İB-nin də hər hansı quruma vəsaitlə bağlı ödəniş öhdəliyi ola bilər:

“Bununla bağlı ilin sonuna qədər konkret olaraq hər hansı rəqəm olduqda, məlumat vermək mümkün olacaq”.

AİA.Az
Geri dön