Ana Sayfa > Media > Maskın layihəsi milyardlarla dollar dəyərində qiymətləndirilib
Maskın layihəsi milyardlarla dollar dəyərində qiymətləndirilib22-04-2022, 09:26. Yazar: admen |
İlon Maskın təsis etdiyi ABŞ-ın infrastruktur və tunel şirkəti olan "Boring Company" maliyyələşdirmə raundunda investorlardan 675 milyon dollar cəlb edib. Beləliklə, investorlar layihəni 5,6 milyard dollar dəyərində qiymətləndiriblər. Üç il əvvəl 2016-cı ildə qurulan firma artıq investorlardan 120 milyon dollar cəlb edib - o zaman şirkət 920 milyon dollar dəyərində qiymətləndirilib. Həmin vəsait hesabına "Loop Transportation System" layihələrinin dizaynı, istismarı və istehsalı üçün əməkdaşların işə götürülməsinin maliyyələşdirməsi planlaşdırılır. AİA.Az Geri dön |