Ana Sayfa > Ölkə > 1-ci Qarabağ müharibəsi qazisinin övladlarının müalicəsi üçün xeyriyyə tədbiri keçirilib

1-ci Qarabağ müharibəsi qazisinin övladlarının müalicəsi üçün xeyriyyə tədbiri keçirilib


21-04-2022, 17:49. Yazar: sevinc1
1-ci Qarabağ müharibəsi qazisinin övladlarının müalicəsi üçün xeyriyyə tədbiri keçirilib

Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatı və Salyan şossesi 23 ərazi partiya təşkilatının birgə təşkilatçılığı ilə 1-ci Qarabağ müharibəsi qazisi Nuriyev Nurunun övladlarının müalicəsi üçün xeyriyyə tədbiri keçirilib.

aia.az xəbər verir ki, tədbirdə YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev,apratın əməkdaşları və Salyan şossesi 23 ərazi partiya təşkilatının sədri Eminov Emil iştirak ediblər.

Tədbirdə YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev çıxış edərək Azərbaycanda xeyriyyəçilik ənənələri, hər zaman bu kimi məsələlərdə xalqımızın həssas yanaşaraq dəstəyini göstərdiyini bildirib. M.Nağıyev qeyd edib ki, ölkə başçımız, Müzəffər Ali baş komandan İlham Əliyev və dövlətimiz tərəfindən hər zaman şəhid ailələri, müharibə qaziləri və iştirakçıları diqqət mərkəzində saxlanılır, onların sosial-maddi təminatı yaxşılaşdırılır, narahat edən problemlər ən qısa zamanda aradan qaldırılır.
Bununla yanaşı dövlətimizlə birlikdə vətəndaşların da bu kimi məsələlərə həssas yanaşmalı olduğunu, lazımi dəstək göstərmək üçün köməklərini əsirgəməməkləri barədə tədbir iştirakçıları ilə öz fikirlərini bölüşüb.

Daha sonra qazi Nuriyev Nuru çıxış edərək, bu kimi tədbirlərin əhəmiyyətindən bəhs edib, belə sosial təşəbbüslərə öz dəstəyini göstərdiyi üçün tədbir təşkilatçılarına minnətdarlığını bildiriblər.

aia.az
Geri dön