Ana Sayfa > Cəmiyyət > Bakıda transformator məntəqəsinə girən uşaq yandı

Bakıda transformator məntəqəsinə girən uşaq yandı


13-05-2016, 15:52. Yazar: admin


Bakının Xətai rayonunda faciəli hadisə baş verib.

Aia.az report-a istinadən bildirir ki, 2008-ci il təvəllüdlü Tunar Əliyev yaşadığı evin yaxınlığında - Süleyman Əhmədov küçəsi 6 ünvanında yerləşən üç fazalı transformator məntəqəsinə daxıl olub. Nəticədə onu elektrik cərəyanı vurub, azyaşlı hər iki əl və baş nahiyyəsindən xəsarət alıb.

Yaralı Musa Nağıyev adına Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.

Qeyd edək ki, transformator "Azərişıq" ASC-nin Xətai Rayon Enerji Satışı və Təchizatı İdarəsinin balansındadır.
Geri dön