Ana Sayfa > Karusel / Seçki 2024 > Keçmiş nişanlısı tələbə qızı universitetin qarşısında

Keçmiş nişanlısı tələbə qızı universitetin qarşısında


18-04-2022, 16:23. Yazar: sevinc1
Keçmiş nişanlısı tələbə qızı universitetin qarşısında


Bu gün Sumqayıt Dövlət Universitetinin (SDU) qarşısında bıçaqlanma olub.

“Qafqazinfo”nun məlumatına görə, səhər saatlarında ali məktəbin tələbəsi A.Əliyeva universitetə gələrkən bıçaqlanıb.

Çoxsaylı xəsarətlər alan qız xəstəxanaya çatdırılıb. İlkin məlumata görə, A.Əliyevaya 14 kəsilmiş-deşilmiş xəsarət yetirilib.

Hadisənin qızın xalası oğlu, həmçinin keçmiş nişanlısı olan şəxs tərəfindən törədildiyi bildirilir.

Araşdırmalar davam etdirilir.

aia.az
Geri dön