Ana Sayfa > Manşet / Gündəm > Azərbaycanda vəzifəli şəxs

Azərbaycanda vəzifəli şəxs


18-04-2022, 11:02. Yazar: sevinc1
Azərbaycanda vəzifəli şəxs

Göyçay Rayon İcra Hakimiyyətinin (RİH) şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Rəşad Şükürov saxlanılıb.

aia.az-ın xəbərinə görə, o, bir neçə gün əvvəl Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən tutulub.

Onun korrupsiya cinayəti ilə bağlı saxlanıldığı bildirilir.

Qeyd edək ki, bir müddət əvvəl Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Göyçay RİH-də yoxlamalar başlayıb, bir neçə şəxsin saxlanıldığı barədə məlumatlar yayılmışdı.



aia.az
Geri dön