Ana Sayfa > Ölkə > Azad edilmiş torpaqlar Azərbaycanın öz imkanları hesabına bərpa olunur

Azad edilmiş torpaqlar Azərbaycanın öz imkanları hesabına bərpa olunur


18-04-2022, 10:07. Yazar: sevinc1
Azad edilmiş torpaqlar Azərbaycanın öz imkanları hesabına bərpa olunur

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev 12 aprel 2022-ci il tarixində keçirilən cari ilin yekunlarına dair müşavirədə Kəlbəcər, Laçın rayonlarında külək elektrik stansiyalarının tikintisi ilə bağlı məsələlər barədə ətraflı danı¬şmışdır. Dövlətimizin başçısı işğaldan azad edilən ərazilərdə külək elektrik stansiyalarının tikintisi üçün hər cür imkanın mövcudluğunu, su resurslarımızın kifayət qədər geniş həcmli olmasını xatırlada¬raq, bu işlərə xarici tərəfdaşları, investorları cəlb etməyin, habelə yerli şirkətlərə şərait yaratmağın zəruriliyini də diqqətə çatdırıb.

Dövlətimizin başçısı çıxı¬şında azad edilmiş torpaqlarda bərpa işlərinin aparılması zamanı mütləq yüksək texnologiyalardan istifadə olunmasının vacibliyini də xatırladıb.

Hazırda azad edilən ərazilərin yaşıl enerji zonasına çevrilməsi, həmin ərazilərdə su mənbələrindən istifadə edilərək su elektrik stansiyalarının tikintisi imkanları da təhlil edilir.

Prezident cənab İlham Əliyev tərəfindən aparılan xarici siyasətin əsas xəttini mehriban qonşuluq, tərəfdaşlıq, etibarlı dostluq prinsiplərini təşkil etməsi Azərbaycanın ərazi bütövlüyünün dünya ölkələri tərəfindən tanınması və bu prinsiplərə hörmətlə yanaşması səbəb olmuşdur.
Əlbəttə, bütün bu nəaliyyətlərimiz Azərbaycanın daxili gücü hesabına əldə edilib. Cənab Prezident onu da qeyd etdi ki, azad olunmuş ərazilərdə minalardan 200-dən çox insan həlak olub. QHT-lər gəlib bu sahədə bizə köməkliklər göstərsinlər. Minadan təmizlənmə başa çatdırıldıqdan sonra Qarabağ və Zəngəzur nümunəvi bölgə kimi inkişaf olunacaq. Azərbaycan vətəndaşları orada rahat, firavan yaşayacaqlar. Dünya üçün də bu inkişaf bir nümunə olacaq.

Şəhid ailələri, müharibə əlilləri üçün evlər inşa edilir, Ağdam və Füzuli şəhərlərində təsdiqlənib və Baş planlar əsasında işlərə start verilib.

Qələbə üstündən uğurlu nəaliyyətlər. Bunun üçün biz Azərbaycan xalqının igid oğlu İlham Əliyevə, onu bu işdə darda qoymayan, arxa duran Mehriban xanım Əliyevaya çox sağ ol deyirik. Biz gənclərdə sizin arxanızdayıq.

2022-ci il “Şuşa ili” elan edilib. Ümummilli liderimiz Heydər Əliyevdən bir sitat gətirmək istəyirəm: “Şuşa hər bir Azərbaycanlı üçün iftixar nöqtəsidir, Azərbaycanın gözüdür, milli rəmzimizdir. Şuşa şəhəri təbiəti və saf havasına görə müalicə əhəmiyyəti baxımından Sovet illərində kurort şəhəri hesab olunurdu. Prezidentimiz İlham Əliyevin verdiyi sərəncamların icrası nəticəsində Şuşa şəhəri beynəlxalq turizm mərkəzinə çevriləcək.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına əsasən Şuşa şəhərinin dayanıqlı içməli su təchizatının təmin olunması məqsədilə “Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən təxirəsalınmaz tədbirlərin icrasına başlanıldı. Bu tədbirlər mövcud su təchizatı sistemlərinin stabil fəaliyyətinin təmin edilməsi və digər həyati əhəmiyyətli infrastruktur layihələrinin icrası çərçivəsində həyata keçirilməsi nəzərdə tutulurdu.
Yeni layihədə Şuşa şəhərini içməli su ilə təmin edən magistral kəmərlər əlaqələndirilməklə su təminatının bir qovşaqdan idarə olunması nəzərdə tutulur. Belə ki, hazırda Kiçik Kirs mənbəyindən nəql olunan su şəhərdəki anbar kompleksinə suqəbuledici kameradan, Zarıslı mənbəyindən isə birbaşa ötürülür. Yeni layihənin icrası hər iki kəmərin suqəbuledici kamera ilə əlaqələndirilməsinə və suyun buradan şəhərə bir kəmərlə nəqlinə imkan yaradacaq.
Mən ona özüm kimi inanıram deyən Ulu öndər Heydər Əliyevin davamçısı “Mən ata vəsiyyətini yerinə yetirdim” deyərək Şuşada qalib bayrağımızı qaldırdı, Şuşada festival keçirdi.

Allah dövlətimizi, müzəffər Ali Baş Komandanı və rəşadətli ordumuzu qorusun.

Allah şəhidlərimizə rəhmət, qazilərimizə şəfa versin.

Şövqi Həsənov
YAP Şəmkir rayon təşkilatının əməkdaşı
aia.az

Geri dön