Ana Sayfa > Dünya > Xumar: "Mən süniliyi sevmirəm"

Xumar: "Mən süniliyi sevmirəm"


13-05-2016, 15:33. Yazar: admin


Azərbaycan estradasında özünəməxsusluğu ilə seçilən Xumar Qədimova abartılı makiyaj və gözəçarpan libaslardan istifadə etməyən ulduzlar sırasındadır.

Aia.az primetime.az-a istinadən xəbər verir ki, açıqlama verən müğənni deyir ki, o, hətta fotosessiyalara çəkilən zaman "fotoşop" proqramı ilə şəkillərinin düzəldilməsinə qarşı çıxır: "İnsanın çəkdirdiyi bütün şəkillər gözəlliyin bir xatirəsidir. Mən məhz fotoalbomlarıma baxanda qətiyyən peşmanlıq çəkmirəm. Səbəbi çox sadədir, şəkillərimin "fotoşop"la düzəlməsinə qarşı çıxmışam. Mənim həyat devizim dəyişmir. Xumar dünyasında ən böyük gözəllik məhz təbiilikdir. Üzümdəki cizgilərim mənə görə çox doğmadır. Amma istisna hallar da var. Ola bilər ki, elə şəkil görərəm ki, orada özümə bənzəməyim. Və hər hansısa bir səliqəsizlik ola bilər. Bax o zaman kiçik bir düzəlişə yol verərəm".

Xumar Qədimova həmçinin plastik əməliyyatlardan da söz açıb: "Əgər plastik əməliyyata ehtiyac varsa, mən ona pis baxmıram. Ancaq bəzi qadınların gərəksiz yerə cərrah masasına uzanmasını düzgün hesab etmirəm. Bu gün böyük danışmaq istəmirəm. Çünki sabah nə olacağını bilmirəm. Etiraf edim ki, bu yaşıma qədər heç bir əməliyyat keçirməmişəm. Əgər nə zamansa ehtiyac olarsa, bunu edərəm. Məni tanıyanlar gözəl bilirlər ki, Xumar Qədimova süniliyi sevmir".
Geri dön