Ana Sayfa > Seçki 2024 > Azad edilmiş ərazilərdə bu il elektrik təchizatı ilə bağlı işlər davam etdiriləcək

Azad edilmiş ərazilərdə bu il elektrik təchizatı ilə bağlı işlər davam etdiriləcək


16-04-2022, 10:21. Yazar: sevinc1
Azad edilmiş ərazilərdə bu il elektrik təchizatı ilə bağlı işlər davam etdiriləcək

Beynəlxalq ictimaiyyət həm siyasi nöqteyi-nəzərdən bu reallıqları qəbul edib, eyni zamanda, bizə olan maraq daha da artıb. Bu maraq investisiya layihələrində öz əksini tapır. Təkcə bu ilin üç ayında iki böyük investisiya layihəsinə start verildi – bərpaolunan enerji üzrə iki elektrik stansiyasının təməli qoyuldu. 470 meqavat gücündə olan stansiyalar xarici investorlar tərəfindən inşa edilir və gələn il istismara veriləcək

Bildiyimiz kimi, 44 günlük Vətən müharibəsi Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan ordusunun şanlı Zəfəri ilə bitdi. Bu Zəfər 30 ilə yaxın düşmən işğalında qalmış torpaqlarımızın azad edilməsi ilə nəticələndi. Azərbaycan dövləti tarixi ədaləti bərpa etməklə yanaşı illərlə kağız üzərində qalmış BMT qətnamələrinin icrasını da təmin etmiş oldu. Azərbaycan tərəfindən Qarabağ münaqişəsinin həlli, eyni zamanda, BMT-nin üzərindən öz qətnamələrin icra olunmaması ilə bağlı yükü götürmüş oldu.

Azad edilmiş torpaqlarda bərpa işlərinə start vermək və keçmiş məcburi köçkünlərin öz yurdlarına qayıtmasını təmin etmək postmünaqişə dövründə əsas vəzifələrdən biridir. Bu istiqamətdə praktik addımlar atılmaqdadır. 2022-ci ilin ilk rübünün yekunlarına həsr olunmuş müşavirədə Prezident İlham Əliyev artıq bu il Ağalı kəndinin sakinlərinin öz yurdlarında yerləşəcəyini bəyan etdi.

Prezident İlham Əliyev bəyan etdi ki, yaşayış binaları, infrastruktur, iş yerləri, kənd təsərrüfatı ilə məşğul olmaq imkanları, sənaye parkları daxil olmaqla işlər planlı şəkildə aparılır və proses bundan sonra da davam edəcək. Son 1 ildə görülən işlərə əsaslanaraq, qısa vaxtda digər yaşayış məntəqələrinə də qayıdışın reallaşacağını söyləmək mümkündür.

Əsas məqsəd Qarabağı və Zəngəzuru nümunəvi bölgə kimi qurmaq, Azərbaycan vətəndaşlarının orada rahat, firavan yaşayışını təmin etməkdir.

Hazırda işğaldan azad edilmiş ərazilərdə aparılan geniş miqyaslı işlər dövlətimizin daxili gücü hesabına həyata keçirilir. Heç kimdən bir manat dəstək almamışıq. Azad edilmiş torpaqlar da yüz faiz daxili imkanlar hesabına bərpa olunur. Xarici şirkətlər yalnız podratçı kimi işləyir.

Torpaqlarımızın işğaldan azad edilməsi həmin ərazilərdə olan resurslardan istifadə imkanı yaratdı. Təkcə azad edilmiş torpaqlarda bərpa olunan stansiyaların 9 min meqavatdan çox potensialı var. Azərbaycan dünyanın aparıcı xarici şirkətlərindən çoxlu təkliflər alır. Nəzərə alsaq ki, bizim qonşu ölkələrlə elektrik xətləri mövcuddur və ixrac imkanlarımız genişlənir və keçən il elektrik enerjisinin ixracatı 2020-ci ilə nisbətdə daha da artıb. Burada həm ölkə üzrə, həm Xəzər dənizini nəzərə almaq şərti ilə çox unikal bir potensial var. Zəngilandan İran üzərindən Naxçıvana və oradan yenə də İranın enerji sisteminə və Türkiyəyə elektrik xətlərin çəkilişi də gündəlikdə duran məsələlərdəndir. Ümumiyyətlə azad edilmiş ərazilərdə bu il elektrik təchizatı ilə bağlı işlər davam etdiriləcək.

Əminliklə deyə bilərik ki, ölkə başçımız cənab İlham Əliyevin rəhbərliyi ilə tezliklə Qarabağ və Zəngəzur nümunəvi bölgə kimi inkişaf edəcək. Azərbaycan vətəndaşları orada rahat, firavan yaşayacaqlar.

Vüsal Məmmədov,
YAP Göygöl rayon təşkilatı üzrə Göygöl Rayon Gənclər və İdman İdarəsi ərazi partiya təşkilatının üzvü
aia.az


Geri dön