Ana Sayfa > Media > "Tesla" 600 minədək avtomobilini geri çağırır

"Tesla" 600 minədək avtomobilini geri çağırır


16-04-2022, 10:07. Yazar: sevinc1
"Tesla" 600 minədək avtomobilini geri çağırır

"Tesla" şirkəti, son beş ayda səkkizinci dəfə sürücülərin və sərnişinlərin təhlükəsizliyini sual altına qoyan problemlərə görə 600 minədək avtomobilini bazardan geri çağırır.

aia.az xarici KİV-ə istinadən xəbər verir ki, 2020-2022 Y, X və S Model, eləcə də 2017-2022 Model 3 markalı 595 minə yaxın avtomobil sürücülərə hərəkət edərkən səs siqnalı çıxarmaq üçün nəzərdə tutulan "Boombox" funksiyasına görə geri çağırır.

Daha əvvəl ABŞ-ın Milli Avtomobil Yolları Hərəkəti Təhlükəsizliyi Administrasiyası (NHTSA) elektriklə işləyən avtomobillərin səssiz olmalarını, o cümlədən piyadaların təhlükəsizliyinə təhdid olduğunu əsas gətirərək, bu növ avtomobillərdə əlavə səsli siqnallar üçün müvafiq avadanlığın quraşdırılmasını şərt kimi irəli sürmüşdür.

Bu avadanlıq "Tesla" avtomobillərində "Boombox" adlanır. Geri çağırılan avtomobillərdə bu sistem standart səs siqnallarından əlavə istifadəçilərin seçdiyi siqnallarla əvəz oluna bilər.

NHTSA belə qənaətə gəlib ki, "Boombox"-un bu xüsusiyyəti təyin olunmuş təhlükəsizlik qaydalarına uyğun gəlmir.

aia.az
Geri dön