Ana Sayfa > Ölkə > Daşkəsən rayonunun Kəmərqaya və Qabaqtəpə kəndlərində sakinlərin səyyar qəbulu keçirilib
Daşkəsən rayonunun Kəmərqaya və Qabaqtəpə kəndlərində sakinlərin səyyar qəbulu keçirilib15-04-2022, 17:17. Yazar: sevinc1 |
![]() Daşkəsən rayonunun Kəmərqaya və Qabaqtəpə kəndlərində sakinlərin növbəti səyyar qəbulu keçirilib. aia.az xəbər verir ki, rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev,YAP Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçiyev,rayonda fəaliyyət göstərən hüquq mühafizə orqanlarının və xidmət təşkilatlarının rəhbərləri də iştirak ediblər. Əhəd Abıyev Ölkə Prezidenti,Yeni Azərbaycan Partiyasının sədri Cənab İlham Əliyevin 2022-ci ilin birinci rübünün yekunlarına dair keçirdiyi müavirədəki nitqindən irəli gələn məsələlərlə bağlı yığıncaq iştirakçılarına ətraflı şəkildə məlumat verdi. Daha sonra sakinlərin müraciətləri dinlənildi. Əhəd Abıyev hər iki yaşayış məntəqəsində sakinlər tərəfindən edilən müraciətlərin və təkliflərin həll edilməsi üçün aidiyyəti üzrə tapşırıqlar verdi. aia.az Geri dön |