Ana Sayfa > Aia TV > DSX:

DSX:


15-04-2022, 11:27. Yazar: sevinc1
DSX:

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində sərhəd mühafizə və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Dövlət Sərhəd Xidmətindən aia.az-a verilən xəbərə görə aprel ayının 13-də saat 21:35 radələrində Sərhəd Qoşunlarının "Lənkəran" sərhəd dəstəsinin Astara şəhəri ərazisində yerləşən sərhəd zastavasının xidməti sahəsində "Toyota Corolla" markalı 77-FE-378 dövlət nömrə nişanlı avtomobilin əraziyə yaxınlaşması və içərisindən bir nəfərin düşərək sahibsiz yarımtikilidən 1 ədəd bağlama götürməsi sərhəd naryadının diqqətini cəlb edib.

Ərazidən uzaqlaşmağa cəhd edən şəxs sərhəd naryadı tərəfindən saxlanılmış, onun Ağdam rayon sakini 1967-ci il təvəllüdlü Kərimov Qabil Tabil oğlu olması müəyyənləşdirilib.

aia.az
Geri dön