Ana Sayfa > Media > Prezident İlham Əliyevin uğurlu diplomatiyası ölkəmizin hərtərəfli inkişafının dönməzliyini təmin etmişdir
Prezident İlham Əliyevin uğurlu diplomatiyası ölkəmizin hərtərəfli inkişafının dönməzliyini təmin etmişdir14-04-2022, 18:01. Yazar: sevinc1 |
![]() Bu gün, Azərbaycan Respublikası həyatın bütün sahələrində uğurlar əldə etməklə, özünün dinamik inkişafını təmin edir və dünyanın inkişaf etmiş dövlətləri sırasında inamla irəliləyir. Əldə olunan bütün uğurların və inkişafa doğru köklü dəyişikliklərin əsasında yeni-yeni qələbələrə köklənmiş İlham Əliyev diplomatiyası dayanır. Məhz, 2022-ci ilin birinci rübünün yekunlarına həsr olunmuş müşavirədə Prezident İlham Əliyevin məntiqli açıqlamaları ölkəmizin sürətli inkişafını geniş şəkildə təcəssüm etdirdi. Möhkəm özüllər üzərində qurulmuş dayanıqlı inkişaf, 30 il işğal altında olan torpaqlarımızın 44 gün ərzində azad olunması və müharibədən qalib çıxmış bir ölkə olaraq azad olunmuş torpaqlarda dərhal geniş miqyaslı quruculuq işlərinə başlanması ilə bərabər, beynəlxalq müstəvidə yeni Azərbaycan reallıqlarının qəbul etdirilməsi ilə ixarakterizə olunur. Bu gün ölkəmizdə yeni konsepsiya və proqramlara uyğun olaraq qarşıda duran bütün vəzifələr uğurla icra edilir, beynəlxalq təşkilatlarla fəal əməkdaşlıq davam etdirilir və dünyanın aparıcı beynəlxalq təşkilatları Azərbaycan reallıqlarını qəbul edir. BMT xətti ilə Şuşa şəhərində Azərbaycanın BMT-yə üzvlüyünün 30 illiyinə həsr edilmiş beynəlxalq tədbirin keçirilməsi bir daha onu göstərdi ki, BMT Azərbaycanın ərazi bütövlüyünü tam tanıyan qurumdur. Dünyada ikinci ən böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatına hazırda Azərbaycanın sədrlik etməsi və hərəkata üzv olan ölkələrin birmənalı şəkildə ölkəmizin ədalətli mövqeyini müdafiə etməsi, İslam Əməkdaşlıq Təşkilatının Azərbaycanın mövqelərini əks etdirən işğal altında olan torpaqlarda erməni vandallığı barədə qərar və qətnamələr qəbul etməsi, eyni zamanda azad edilmiş torpaqlara təşkilatın rəhbərliyi tərəfindən səfərlər edilməsi Azərbaycanın ədalətli tərəf olmaqla, gücünün və qüdrətinin bariz nümunəsidir. Milli maraqlara xidmət edən diplomatiyanın nəticəsidir ki, Avropa İttifaqı da postmünaqişə dövrünün reallıqlarını qəbul etmişdir. İmzalanmış yekun kommunikedə “Dağlıq Qarabağ” adı yoxdur və münaqişə həll olunub. İndi isə Avropa İttifaqı Azərbaycan-Ermənistan əlaqələrinin normallaşması ilə məşğul olur. Artıq Ermənistan Azərbaycanın ərazi bütövlüyü qəbul etmək, Azərbaycana qarşı ərazi iddiasından əl çəkmək məcburiyyətindədir. Ona görə ki, Ermənistanın inkişafı onun qonşu ölkələrə olan münasibətindən asılıdır və Azərbaycanla, Türkiyə ilə əlaqələri normallaşdırmadan Ermənistan inkişaf edə bilməz. Aparılan uğurlu diplomatiyanın nəticəsidir ki, bütün sahələrlə bərabər ölkədə ordu quruculuğu da uğurla həyata keçirilir, yeni silahlar, texnikalar alınır. Müdafiə Nazirliyində aparılan struktur islahatları ordumuzu daha da gücləndirir, daha da müasirləşdirir. . İkinci Qarabağ müharibəsində Ermənistanın 4-5 milyard dollarlıq dəyərində hərbi texnikası Azərbaycan Ordusu tərəfindən məhv edilmişdir və hazırda Ermənistanın silah almağa pulu yoxdur, heç vaxt da olmayıb. Beynəlxalq ictimaiyyətin həm siyasi nöqteyi-nəzərdən Azərbaycan reallıqlarını qəbul etməsi, eyni zamanda, bizə olan marağının artması investisiya layihələrində öz əksini tapır. Təkcə bu ilin üç ayında iki böyük investisiya layihəsinə start verilməsi, 470 meqavat gücündə olan bərpa olunan enerji üzrə iki elektrik stansiyasının xarici investorlar tərəfindən inşasına başlanılması buna əyani misaldır. Dinamik inkişafın nəticəsi olaraq, birinci rübün yekunları, ölkənin iqtisadi göstəricilərinin çox müsbət olduğunu əks etdirir. Ümumi daxili məhsul 6,8 faiz artıb. Qeyri-neft iqtisadiyyatımız 10 faizdən çox artıb. Sənaye istehsalı sahəsində 4 faiz, qeyri-neft sənaye istehsalında 18 faizdən çox artım olmuşdur. Xarici ticarət dövriyyəmiz 60 faizdən çox, qeyri-neft ixracımız 45 faiz, ixracımız isə iki dəfə artıb. Dünyanın əksər ölkələrində xarici ticarətin saldosu mənfi olduğu halda, Azərbaycanda müsbət saldo cəmi üç ayda 5,1 milyard dollar təşkil edir. Vergi və Gömrük orqanları 3 ay ərzində proqnozdan əlavə 500 milyon manatdan çox gəlir əldə etmişlər. Ölkəmizdə əldə olunmuş hərtərəfli inkişaf, işğaldan azad olunmuş ərazilərin bərpası, böyük su layihələrini yerinə yetirilməsi, elektrik stansiyalarının qurulması, yolların, körpülərin, tunellərin. dəmir yollarının və hava limanlarının inşası, yeni məktəblərin, xəstəxanaların və digər sosial obyektlərin tikintisi həmin ərazilərə yeni nəfəs verir və Prezident İlham Əliyevin uğurlu diplomatiyasının nəticələri olaraq xalqımızın sevincinə səbəb olur. Prezident İlham Əliyevin “Biz onsuz da öz gücümüzə hər şeyi bərpa edəcəyik. Qarabağı da, Zəngəzuruda nümunəvi bölgə kimi quracağıq, Azərbaycan vətəndaşları orada rahat, firavan yaşayacaqlar və dünya üçün də bu inkişaf bir nümunə olacaq” ifadəsi sözün əsil mənasında ölkəmizin hərtərəfli inkişafının dönməzliyini və Yeni Azərbaycan reallıqlarını təcəssüm etdirir. Vüqar İsayev, YAP Göygöl rayon təşkilatının sədri aia.az Geri dön |