Ana Sayfa > Cəmiyyət > Bakıda qaçırılmış avtomobil Lənkəranda tapıldı

Bakıda qaçırılmış avtomobil Lənkəranda tapıldı


13-05-2016, 14:18. Yazar: admin


Bakıda qaçırılmış avtomobil tapılıb. Aia.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, mayın 12-nə keçən gecə Xətai rayonunun Babək prospektindən Bakı şəhər sakini Vaqif Cəfərzadəyə məxsus “VAZ-2107” markalı avtomobil qaçırılıb. Xətai RPİ və Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən avtomobilin Cəlilabad rayon sakini Mirhüseyn Mirxasov tərəfindən qaçırılması müəyyən edilib və avtomobil mayın 12-də Lənkəran rayonu ərazisində tapılıb.

Xətai RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.
Geri dön