Ana Sayfa > Qərbi Azərbaycan > Buster dozadan əlavə vaksin vurulmalıdır?
Buster dozadan əlavə vaksin vurulmalıdır?14-04-2022, 09:42. Yazar: admen |
Hər hansı bir peyvənd dozasının (birinci, ikinci və ya buster) tətbiqi ilə bağlı tövsiyələr fayda və risklərin hərtərəfli nəzərə alınması da daxil olmaqla, peyvəndin təhlükəsizliyi və effektivliyinə dair mövcud sübutların qiymətləndirilməsinə əsaslanır. Bu barədə Trend-in sorğusuna cavab olaraq Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan Nümayəndəliyindən bildirilib. Qeyd olunub ki, mövcud sübutlara əsasən, ÜST və ÜST-nin Avropa Regionunda Milli İmmunlaşdırma Texniki Məsləhət Qruplarının əksəriyyəti hazırda bir çox ölkələrdə tətbiq olunan üçüncü dozadan artıq əlavə COVID-19 buster dozalarını tövsiyə etməyib. "ÜST peyvəndin effektivliyi ilə bağlı meydana çıxan sübutları nəzərdən keçirməyə davam edəcək və buster dozalar da daxil olmaqla, COVID-19 peyvəndi siyasəti ilə bağlı ölkələrə əlavə təlimatlar təqdim edəcək", - deyə əlavə edilib AİA.Az Geri dön |