Ana Sayfa > Səhiyyə > COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb


13-04-2022, 16:42. Yazar: sevinc1
COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 8 233 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan aia.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 582, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 677, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 6 498, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 476 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 567 201, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 332 288, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 834 400, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 165 753, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 234 760 nəfər təşkil edir.

aia.az
Geri dön