Ana Sayfa > Karusel / Təhsil > Nazirdən məktəblərdə baş verən neqativ hadisələrlə bağlı AÇIQLAMA
Nazirdən məktəblərdə baş verən neqativ hadisələrlə bağlı AÇIQLAMA13-04-2022, 15:17. Yazar: sevinc1 |
Təhsil naziri Emin Əmrullayev ölkədə fəaliyyət göstərən məktəblərdə qeydə alınan neqativ hallarla bağlı danışıb. Nazir bu haqda jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, ölkədə 1 milyon 600 min şagird təhsil alır və hər gün hansısa xoşagəlməz hadisə baş verəcək: “Bu kimi hallar birmənalı olaraq qəbul edilmir. Hansısa bir hadisədə cinayət varsa, bu işlə hüquq-mühafizə orqanları məşğul olur. Məktəblərdə şagirdlərin tərbiyəsi və davranışı ilə bağlı mütəmadi şəkildə ümumtəhsil müəssisələrinin rəhbərliyi tərəfindən iş aparılmalıdır”. “Əfsuslar olsun ki, 1 milyon 600 min şagirdi, 200 min müəllimi, 3 milyondan artıq valideyni əhatə edən sistemdə iki nəfər arasında konflikti hər gün müşahidə edəcəyik”, - deyə o əlavə edib. İlhamə Əbülfət Geri dön |