Ana Sayfa > Təhsil > Şəhid anası direktor

Şəhid anası direktor


12-04-2022, 16:26. Yazar: sevinc1
Şəhid anası direktor

Vətən müharibəsi şəhidi Əlihüseyn Məmmədovun anası Arzu Məmmədova Bakı şəhəri 226 nömrəli tam orta məktəbin direktoru təyin olunub.

aia.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə təhsil naziri Emin Əmrullayev əmr imzalayıb.

Qeyd edək ki, şəhid Əlihüseyn Məmmədov 1998-ci ildə Bakı şəhərində anadan olub. Vətən müharibəsində Əlihüseyn Məmmədov Füzuli istiqamətində gedən döyüşlər zamanı qəhrəmancasına həlak olub. Vətən müharibəsindəki şücaətinə görə o, “Füzulinin azad olunmasına görə”, “Vətən uğrunda” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib

aia.az
Geri dön