Ana Sayfa > Media > Babək Vələdov: Güləşçilərimiz Müzəffər ölkəni və Qalib xalqı layiqincə təmsil etdilər !

Babək Vələdov: Güləşçilərimiz Müzəffər ölkəni və Qalib xalqı layiqincə təmsil etdilər !


12-04-2022, 15:26. Yazar: sevinc1
Babək Vələdov: Güləşçilərimiz Müzəffər ölkəni və Qalib xalqı layiqincə təmsil etdilər !

Müstəqil respublikamız öz tarixinin çox şərəfli, böyük irəliləyişlər, inkişaf və tərəqqi dövrünü yaşamaqdadır. Təməli Ümummilli Liderimiz tərəfindən qoyulan suveren, azad dövlətimiz həyatın bütün sahələrində qələbələr qazanır, uğurlara imza atır. Keçmişə nəzər salanda görürük ki, Ulu Öndərimizin idman sahəsində həyata keçirdiyi müdrik siyasət 1997-ci ildən mühüm mərhələyə qədəm qoyub. Hər bir sahədə uğurlara imza atan cənab İlham Əliyevin Milli Olimpiya Komitəsinin Prezidenti seçilməsi Azərbaycan idmanının həyatında mühüm və əlamətdar hadisə kimi tarixə yazıldı. Bu tarixi seçim Ümummilli Lider Heydər Əliyevin respublikada idmanın inkişafı ilə bağlı ideyalarının daha sürətlə gerçəkliyə çevrilməsini təmin etdi, idman sahəsində həyata keçirilən dövlət siyasətinin yeni şəraitdə gerçəkləşməsinə geniş imkanlar açdı. Cənab İlham Əliyevin idman və bədən tərbiyəsinin tərəqqisi, Azərbaycanın dünya idman ailəsinin bərabərhüquqlu üzvünə çevrilməsi üçün atdığı addımlar ölkəmizin bütün idman ictimaiyyəti tərəfindən razılıqla qarşılandı. Qısa zaman kəsiyində həyata keçirilən tədbirlər öz bəhrəsini verməyə başladı. İdmançılara dövlət qayğısı ilə yanaşı, idmanın maddi – texniki bazasının möhkəmləndirilməsi istiqamətində mühüm işlərə start verdi. 2000-ci ildən başlayaraq Azərbaycanın bütün bölgələrində müasir tipli Olimpiya İdman Kompleksləri tikilib istifadəyə verilməyə başladı. Xalqımızın fiziki – mənəvi sağlamlığına çalışan cənab İlham Əliyev Prezident seçildikdən sonra da idman və bədən tərbiyəsinin inkişafı sahəsində kompleks tədbirlərin həyata keçirilməsini diqqətdə saxladı və respublikamızın idman imicinin daim yüksəlməsinə çalışdı. Dövlətimizin başçısı bütün şəhər və rayonlarımızda idmanla məşğul olmaq üçün müasir tələblərə cavab verən infrasturukturun formalaşdırılmasını mühüm vəzifə kimi müəyyənləşdirdi. Bütün bunlar isə sabahımız olan gənc nəslin sağlam ruhda tərbiyəsinə, respublikamızda idmanın kütləviləşdirilməsinə xidmət edir. Uğurlu idman siyasətinin nəticəsidir ki, Azərbaycan dünyanın idman ictimaiyyəti tərəfindən ciddi tərəfdaş, idmançılarımız isə ciddi rəqib kimi qəbul olunurlar.

İdmançılarımız son illərdə dünya və Avropa çempionatlarında, Olimpiadalarda, beynəlxalq yarışlarda idmanın müxtəlif növləri üzrə uğurlu nəticələr qazanıblar. Qürurverici haldır ki, güləş üzrə milli komandamız son bir ayda 2 Avropa çempionatında ölkəmizi uğurla təmsil ediblər. Bolqarıstanda keçirilən 23 yaşadək güləşçilərin Avropa çempionatının ardınca Macarıstanda keçirilən böyüklərin Avropa çempionatında da yüksək nəticələr qazanıblar. Komandamız ümumilikdə 3 qızıl, 6 gümüş, 7 bürünc olmaqla ümumilikdə 16 medal qazanıb. Həm sərbəst, həm də yunan – Roma güləşi üzrə komandamız komanda hesabında Avropa çempionu olub. Bu nəticə güləş tariximizdə bir yenilikdir.

Möhtərəm Prezidentimiz Macarıstanda keçirilmiş güləş üzrə Avropa çempionatında iştirak etmiş Azərbaycan Millisinin üzvlərini qəbul edərkən demişdir : “Hamımız sevinirik, çünki sevinirik ki, siz buna nail olmusunuz. Bu, sizin həyatınızda çox əlamətdar və unudulmaz hadisədir. Bu titul – Avropa çempionu, yaxud da ki, gümüş, bürünc mükafatçısı əbədi sizinlə olacaqdır. Çünki gənc nəsil yetişir, gənclər Vətəni ləyaqətlə təmsil edirlər, hərə öz yerində, idmançı, hərbiçi, mütəxəssis. Hər bir Azərbaycan vətəndaşı öz əməyi ilə ölkəmizi gücləndirir. Məhz buna görə də bu gün Azərbaycan dünyada sürətlə inkişaf edən ölkə kimi tanınır və dünyada nadir ölkələrdəndir ki, öz taleyini özü həll edir, müəyyən edir, öz siyasətini müstəqil şəkildə aparır və istər döyüş meydanlarında, istər siyasi arenalarda qələbə qazanır.”

Xalqımız əmindir ki, Azərbaycan idmançıları qarşıdakı mötəbər yarışlarda ölkəmizi layiqincə təmsil edəcəklər, Prezidentimizin, xalqımızın onlara bəslədiyi etimadı doğruldacaqlar !

Babək Vələdov
YAP Qazax rayon təşkilatının əməkdaşı


Geri dön