Ana Sayfa > Gündəm > Avropa çempionuna yeni hərbi rütbə
Avropa çempionuna yeni hərbi rütbə12-04-2022, 11:39. Yazar: sevinc1 |
Müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Macarıstanda keçirilmiş güləş üzrə Avropa çempionatında qızıl medal qazanan Mərkəzi Ordu İdman Klubunun təmsilçisi, dünya və üçqat Avropa çempionu Rafiq Hüseynovla görüşüb. Bu barədə aia.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, General-polkovnik K.Vəliyev Müdafiə Nazirliyinin rəhbərliyi adından idmançımızı qələbə münasibətilə təbrik edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb. Görüşün sonunda general-polkovnik K.Vəliyev baş leytenant Rafiq Hüseynova vaxtından əvvəl növbəti hərbi rütbənin verilməsi barədə Azərbaycan Respublikası müdafiə nazirinin müvafiq əmrini çatdıraraq güləşçimizi təbrik edib, ona "kapitan" poqonlarını və qiymətli hədiyyə təqdim edib. aia.az Geri dön |