Ana Sayfa > Ölkə > Bakıda sərnişin metroda öldü
Bakıda sərnişin metroda öldü12-04-2022, 11:14. Yazar: sevinc1 |
![]() Bakıda metroda ölüm hadisəsi baş verib. Bakı metropoliteninin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov aia.az-a bildirib ki, hadisə bu gün səhər saatlarında baş verib. "Təxminən səhər saat 06:30-da yaşlı bir kişi "Əhmədli" stansiyasının platformasında qatar gözləyərkən dünyasını dəyişib. Dərhal təcili tibbi yardım xidmətinə məlumat verilib və stansiyaya çağırılıb". Ölən şəxs Bakı şəhər sakini,1955-ci il təvəllüdlü Zülfəli Kazımovdur. Həkimlərin rəyinə əsasən o, ürək tutmasından vəfat edib. aia.az Geri dön |