Ana Sayfa > İdman > Abşeron rayonunda silsilə idman yarışları keçirilib
Abşeron rayonunda silsilə idman yarışları keçirilib11-04-2022, 17:35. Yazar: sevinc1 |
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə “6 aprel-Beynəlxalq İdman Günü” münasibətiilə 6-10 aprel tarixlərində Bakı Dənizkənarı parkda “Sağlam həyat” günləri keçirilib. aia.az xəbər verir ki, tədbirdə bildirilib ki, Azərbaycanda sosial sahəsinin bütün istiqamətlərində olduğu kimi, idmanın da inkişaf etdirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Prezident İlham Əliyevin idmana göstərdiyi diqqət və qayğının nəticəsində ölkəmiz beynəlxalq idman yarışlarının təkcə iştirakçısı deyil, eyni zamanda təşkilatçısı funksiyasında çıxış edir. Ötən müddət ərzində respublikanın bir çox regionunda beynəlxalq səviyyəli idman kompleksləri inşa edilərək istifadəyə verilmiş, bayrağımız beynəlxalq idman turnirlərində dalğalanmışdır. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın göstərdiyi diqqət və qayğısı ilə ölkəmizdə uğurla həyata keçirilən idman siyasəti gənc nəslin hərtərəfli inkişafına, sağlamlığının möhkəmləndirilməsinə, əməyə və vətənin müdafiəsinə hazırlanmasına, həmçinin asudə vaxtlarının səmərəli təşkilinə yönəlmışdır. Maraqlı və faydalı idman tədbirində Abşeron rayon İcra Hakimiyyətinin dəstəyilə Rayonun “Arktika-Abşeron” klubunun üzvləri də fəal iştirak edib. Elçin Eminovun rəhbərliyi ilə yarışlara qoşulan klub üzvləri göstərdikləri nəticələrə görə qızıl, gümüş və bürünc sertifikatlara layiq görülüblər. Abşeron rayon İcra Hakimiyyətinin dəstəyi, AFFA-nın, Abşeron Rayon Gənclər və İdman İdarəsinin və rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə rayonun tam orta məktəblərinin 7-ci sinif şagirdləri arasında “Coca-Cola Məktəbli kuboku” turnirinin rayon final mərhələsi keçirilib. Final mərhələsinə vəsiqə qazanmış 5 komandanın iştirakı ilə “dairəvi”sistem üzrə keçirilən yarışda “Masazır” komandası (Masazır kənd 5 saylı tam orta məktəb) bütün rəqiblərini məğlub edərək turnirin qalibi olub. “Fatmayı” komandası (Fatmayı kənd tam orta məktəb) 2-ci, “Xırdalan” komandası (Xırdalan şəhər 10 saylı tam orta məktıb) isə 3-cü yeri tutub. Bununla da “Masazır” komandası Respublika zona yarışlarında iştirak etmək hüququ qazanıb. Bundan əlavə Abşeron Rayon İcra Hakimiyyətinin dəstəyi və rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə aprel 9-da Novxanı kənd 1 nömrəli tam orta məktəbin stadionunda Yaz çagırışına həsr olunmuş çağırışa qədər və çağırış yaşlı gənclərin “Marş İrəli” devizli “Vətənin müdafiəsinə hazıram” poliatlon çoxnövçülüyü üzrə rayon birinciliyi keçirilib. Tədbirdə çıxış edən Abşeron Rayon Gənclər və İdman İdarəsinin rəisi Əsgər Əmirəliyev dövlət gənclər siyasətinin ən mühüm istiqamətlərindən biri kimi ölkəmizdə gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsi, onların milli ruhda yetişməsi olduğunu vurğulayaraq bildirib ki, yarışın keçirilməsində əsas məqsəd Çağırışa qədər və çağırış yaşlı gəncləri vətənin müdafiəsinə mənəvi və fiziki cəhətdən hazırlamaq, gənclərdə vətənə məhəbbət və vətənpərvərlik hissini artırmaq, “VMH” poliatlon çoxnövçülüyünü yeniyetmə və gənclər arasında təbliğ etmək, rayonun poliatlon çoxnövçülərindən ibarət yığma komandasının heyətini müəyyənləşdirmək, rayon çempionunu müəyyən etmək və zona mərhələsində iştirakını təmin etməkdən ibarətdir. Keçirilən yarışda rayonun 40 tam orta məktəbindən 200 gənc iştirak etdi. 4 növçülük üzrə (100, 400 və 1000 metr məsafəyə qaçış, turnikdə dartınma) keçirilən yarışın sonunda ən yüksək xal toplayan komandalardan Aşağı Güzdək tam orta məktəbin komandası birinci, Novxanı kənd 1 nömrəli tam orta məktəbin komandası ikinci və Masazır kənd 4 nömrəli tam orta məktəbin komandası isə üçüncü yerə layiq görülüblər. Qeyd edək ki, yarış Beynəlxalq Poliatlon Çöxnövçülüyü Assosiasiyasının qaydalarına əsasən keçirilib. Qaliblər Abşeron Rayon Gənclər və İdman İdarəsi tərəfindən diplom və medallarla ilə təltif ediliblər. aia.az Geri dön |